Bakı dünya miqyasında mühüm məsələlərin həlli üçün aparıcı dialoq mərkəzinə çevrilir
HƏP İdarə Heyətinin iclasında Prezident İlham Əliyevin siyasi kursunun uğurları geniş müzakirə edildi
23 may 2026-ci il tarixində "Unikal Xaricdə Təhsil və Hüquqi Konsaltinq Agentliyi"nin təşkilatçılığı ilə “Unikal Xaricdə Təhsil Forumu - 2026” keçirildi.
“AccessBank” daxili sənəd dövriyyəsini “SİMA İmza” ilə rəqəmsallaşdırdı

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan “AzInTelecom” MMC tərəfindən yaradılmış SİMA yeni nəsil rəqəmsal imza tərəfdaş çevrəsini genişləndirməyə davam edir.
“Qafqazinfo” xəbər verir ki, “SİMA İmza” ilə öz xidmətlərini rəqəmsallaşdıran növbəti qurum “AccessBank” ASC olub.
“SİMA İmza” “AccessBank”da daxili sənəd dövriyyəsi sisteminə inteqrasiya edilib. İnteqrasiya sayəsində müəssisədə daxili sənədlərin tam həcmdə elektron qaydada “SİMA İmza” ilə imzalanması təmin edilib.
Qeyd edək ki, SİMA yeni nəsil rəqəmsal imza ilə qurumların iş yükü, kağızdan istifadə və digər xərclər azalır. “SİMA İmza”nın istənilən sistemə inteqrasiya oluna bilməsi istifadəçilərə sürətli və istənilən sayda imzalama imkanı qazandırır. SİMA rəqəmsal imza haqqında daha ətraflı məlumatı sima.az saytından və “157” Zəng mərkəzi ilə əlaqə saxlayaraq əldə etmək olar.






















































