Xəbər Lenti
9-07-2026, 18:27
Uğurun təməlində peşəkarlıq və etibar dayanır – "Best Energy Group" MMC-nin təsisçisi və direktoru Sahib Süleymanov
7-07-2026, 20:01
Taleh Məmmədov: Zamin Fərzinin yeni təyinatı səhiyyəyə göstərilən etimadın ifadəsidir
Azərbaycana qış gəldi

Bu gün saat 13:20:30-da Azərbaycana qış fəsli daxil olub.
Qaynarinfo xəbər verir ki, bu zaman Yerin fırlanma oxu Günəş istiqaməti ilə ən böyük bucaq əmələ gətirib və ya Günəş həmin gün günorta üfüqdən minimum hündürlükdə (26⁰.2) olub.
Beləliklə, şimal yarımkürəsində qış, cənub yarımkürəsində isə yay fəsli başlayıb. Bu gün ilin ən qısa gündüzü (gündüzün uzunluğu 9 saat 17 dəq. 22 san) və ən uzun gecəsi (gecənin uzunluğu isə 14 saat 42 dəqiqə 38 saniyə) olur.
Qış fəslinin uzunluğu 88 gün 23 saat 40 dəqiqə 55 saniyə olacaq.























































