Xəbər Lenti
Bugün, 15:56
Politoloq Ramazan Bağırov "jurnalist"-ə dərs verdi. Quru sərhədlərin bağlı qalması bir təhlükədir
24-12-2024, 10:37
Beynəlxalq Hüquq Eksperti İsmayıl Zalov: Azərbaycan Polisi, Avropa Polisinə Nümunədir! – FOTO+VİDEO
23-12-2024, 13:11
Vətəninə və dövlətinə sadiq xanım,məsuliyyət nümunəsi Könül Nəbizadə növbəti dəfə təftif edilib
Lavrov: Fransa Rusiyaya Kiyevin iştirakı olmadan dialoq qurmağı təklif edib
Rusiyanın xarici işlər naziri Sergey Lavrov Fransanın Rusiyaya qapalı kanallar vasitəsilə dəfələrlə müraciət etdiyini və Ukraynanın iştirakı olmadan Rusiya-Ukrayna münaqişəsi ilə bağlı dialoq qurmağı təklif etdiyini bildirib. Onun sözlərinə görə, Moskva təmaslardan imtina etməyib və Qərb dövlətlərinin təkliflərini "dinləməyə hazır olub”. Lakin o, Parisin davranışını birmənalı qarşılamayıb.
Qaynarinfo "Kommersant”a istinadən xəbər verir ki, bu barədə Sergey Lavrov Rusiya və xarici KİV-ə müsahibəsində danışıb.
"Fransalı həmkarlarımızın müxtəlif məsələlərdə fəal rol oynamaq arzusu var və biz bunu alqışlayırıq, lakin bu cür təşəbbüslərin nəticəsi nədir və müsbət rol oynamaq istəyi nə dərəcədə səmimidir, bilmirəm", - Sergey Lavrov Rusiya və xarici KİV-ə müsahibəsində deyib. "Bir neçə dəfə fransalı həmkarlarımız qapalı kanallarla bizə müraciət ediblər: gəlin kömək edək, Ukrayna məsələsində dialoq quraq. Yeri gəlmişkən, Ukraynanın iştirakı olmadan, sadəcə olaraq, Ukrayna məsələsi üzrə dialoq, özü də Qərbin daim təkrarladığı "Ukraynasız Ukrayna haqqında heç bir kəlmə” prinsipini pozaraq”, - deyə rusiyalı nazir bildirib.
Eyni zamanda, Fransa öz ərazisində ukraynalı hərbçilərə təlimlər keçirir və Avropa kontingentinin Ukraynaya göndərilməsinin tərəfdarıdır, - o qeyd edib. "Bu cür qeyri-müəyyən davranış fransalı həmkarlarımızın təşəbbüsü ilə baş verənlərə ciddi yanaşmaq istəyini ilhamlandırmır”, - Sergey Lavrov yekunlaşdırıb.
Nizami Bağırov