Xəbər Lenti
Bugün, 08:13
Heydər Əliyevin yenilməz iradəsi hesabına müstəqil Azərbaycan dövləti formalaşmışdır-Könül Nəbizadə
15-11-2025, 10:46
Mərhəmət Lələyev CənubunSəsi –kollektivi Bakı səfərinin geniş icmalı (13–14 noyabr 2025)
15-11-2025, 08:52
Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Fələstini Milli Günü münasibətilə təbrik edib.
13-11-2025, 09:46
“UĞUR 777 estetik mərkəz”də yol verilən qanunsuzluqlarla bağlı araşdırma aparılıb və cinayət işi başlanıb
İranın diplomatı XİN-ə çağırıldı: Təxribatlara son qoyulması tələb olundu

İranın Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Seyid Cəfər Ağayi Məryan bu gün Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.
Qaynarinfo xəbər verir ki, bu barədə XİN məlumat yayıb.
Qeyd olunub ki, görüş zamanı ötən ilin 29 dekabrında Ərdəbildə İranın Ali rəhbərinin Ərdəbil vilayəti üzrə nümayəndəsi, Ərdəbilin imam cüməsi Seyid Həsən Amelinin iştirak etdiyi və İranın Radio və Televiziya Təşkilatının "Xəbər Şəbəkəsi” kanalında yayımlanan tədbirdə Azərbaycana və dövlət başçısısına qarşı səsləndirilən təhqiramiz ifadələrə görə İran tərəfinə sərt etiraz bildirilib.
Bununla yanaşı, son zamanlar İranda əhali arasında açıq-aşkar şəkildə anti-Azərbaycan əhval-ruhiyyəsinin ciddi şəkildə qızışdırılması ilə əlaqədar narazılıq diqqətə çatdırılıb.
Həmçinin İranda anti-Azərbaycan propaqandasının ikitərəfli münasibətlərin ruhuna, ölkələrimiz qarşısında qoyulan məqsəd və vəzifələrə uyğun gəlmədiyi qarşı tərəfə bildirilib.
Bu kimi hərəkətlərin ikitərəfli dövlətlərarası və insanlararası münasibətlərin qorunub saxlanılması və dərinləşdirilməsi əvəzinə, nifrət və düşmənçilik yaratmaq məqsədi daşıdığı qeyd olunub.
Eyni zamanda Azərbaycana qarşı bu kimi təxribatlara son qoyulması tələb olunub.























































