Menu
Xəbər Lenti
Bu gün Aşuradır
Bugün, 08:59

Bu gün Aşuradır

Neftimiz bahalaşdı
3-07-2025, 08:59

Neftimiz bahalaşdı

Azərbaycan polisi and içir
2-07-2025, 13:01

Azərbaycan polisi and içir

07 Ock 05:31Manşet / İdman

“O, futbol üçün bir hədiyyədir”

o-futbol-ucun-bir-hediyyedir

“Real Madrid”in baş məşqçisi Karlo Ançelotti komandanın yarımmüdafiəçisi Luka Modriçin İspaniya kubokunun 1/16 final mərhələsində “Deportivo” (5:0)  ilə oyununda çıxışını dəyərləndirib.

“Qafqazinfo” bu barədə “Diario AS” nəşrinə istinadən xəbər verir.

“Modriç futbol üçün bir hədiyyədir. Azarkeşlər, komanda yoldaşları, məşqçi... Bütün “Real Madrid” üçün. 

Mənim üçün isə böyük hədiyyədir. Xüsusən də belə matçlara hazırlaşmasına görə. Sanki finala hazırlaşır. Bu, gənclər üçün çox mühüm nümunədir”, - deyə italiyalı mütəxəssis deyib.

Xatırladaq ki, sözügedən matçın 55-ci dəqiqəsində komandasının 4-cü qolunu vuran 39 yaşlı Modriç 63-cü dəqiqədə əvəzlənib.