Prezident İlham Əliyev Davosda "Azərbaycan rəhbərliyi ilə səhər yeməyi" adlı tədbirdə iştirak edib
Vəhdət Partiyasından növbəti ictimai müzakirə: 20 Yanvar şəhid ailələri və gözüyaşlı anaları ilə geniş görüş
“Avtopilot” MMC-nin rəhbəri İqrar Həsənov: 20 Yanvar – Milli yaddaşın sarsılmaz sütunu
Hüquqi şəxslərin dövlət reyestrinin aparılması, istifadəsi və mühafizəsi qaydaları təsdiqlənib
Vinisius bu hərəkətinə görə cəzalandırıldı

İspaniya Kral Futbol Federasiyasının (RFEF) İntizam Komitəsi “Real Madrid”in braziliyalı hücumçusu Vinisius Junioru “Valensiya”nın qapıçısı Stole Dimitrievskini itələdiyinə görə iki oyunluq cəzalandırıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə RFEF-in mətbuat xidməti məlumat yayıb.
Diskvalifikasiyadan əlavə, “Real Madrid” 700 min avro, Vinisius isə 600 min avro cərimələnib.
Forvard La Liqada “Las Palmas” (19 yanvar) və “Valyadolid” (25 yanvar) ilə keçiriləcək matçlarda komandasına kömək edə bilməyəcək. Lakin yanvarın 9-da “Malyorka” ilə Superkubok matçından meydana çıxacaq.
Xatırladaq ki, braziliyalı ulduz İspaniya çempionatının 12-ci turunda “Valensiya” (2:1) ilə matçda rəqibin qapıçısı Dimitrievskini itələyib və 79-cu dəqiqədə qırmızı vərəqə alaraq meydandan qovulub.






















































