Xəbər Lenti
12-12-2025, 09:01
İlham Əliyev və Mehriban Əliyeva ümummilli lider Heydər Əliyevin məzarını ziyarət ediblər
12-12-2025, 08:58
Ulu Öndərin Əbədi İşığı – Gülnara Həmidovanın Heydər Əliyev xatirəsinə həsr olunmuş dərin hörmət və ehtiramı
Bayden: "Ukraynanın qələbə qazanmaq üçün real şansı var"

ABŞ prezidenti Co Bayden bildirib ki, Rusiya prezidenti Vladimir Putin Rusiya neftinə qarşı genişmiqyaslı sanksiyalardan sonra "çətin vəziyyətdədir".
Qaynarinfo bu barədə AFP-ə verir.
Dünən ABŞ və Böyük Britaniya Rusiya enerji sektoruna qarşı genişmiqyaslı sanksiyalar elan edib. Xüsusilə, "Qazprom Neft" və "Surqutnefteqaz" şirkətləri məhdudiyyətlərə məruz qalıb.
"Putin indi çətin vəziyyətdədir və mən hesab edirəm ki, ona dəhşətli əməllərini davam etdirməsi üçün heç bir fasilə verilməməlidir", deyə Bayden bildirib.
O əlavə edib ki, Qərbin dəstəyini almağa davam edərsə Ukraynanın "qələbə qazanmaq üçün real şansı" var.
ABŞ ötən gün Rusiya neft emalı sənayesini hədəf alan yeni sanksiyalar elan edib. Bu çərçivədə, "Qazprom Neft" və "Surqutnefteqaz" kimi Rusiya neft nəhəngləri məhdudiyyətlərə məruz qalıb.
Bunun ardınca Böyük Britaniya da "Qazprom Neft" və "Surqutnefteqaz" şirkətlərinə qarşı sanksiyaların tətbiqini açıqlayıb.
Aydın





















































