Xəbər Lenti
Bugün, 09:55
Yolların abadlığı, xidmətin keyfiyyəti – “7 nömrəli Xüsusi Təyinatlı Yol İstismarı” MMC-nin fədakar əməyi
Bugün, 08:28
“Dövlətin yaratdığı imkanlardan bəhrələnib sərvət yığanları görəndə insanı dəhşət bürüyür”
2-11-2025, 07:31
"Art Weekend"nçərçivəsində "Nəfəs-söz və səsin vəhdəti" adlı növbəti layihənin təqdimatı keçirildi
2-11-2025, 07:28
Məktəb bitdi, hərbi xidmət də yekunlaşmaq üzrədir... - Həyat kitabında yeni bir səhifə açılır
Rusiya ABŞ-yə xəbərdarlıq etdi

ABŞ-ın düşmənçilik hərəkətləri cavabsız qalmayacaq və Rusiyanın xarici iqtisadi strategiyası hazırlanarkən nəzərə alınacaq.
"Report” xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin ABŞ-ın bu ölkəyə qarşı son sanksiyaları ilə bağlı bəyanatında deyilir.
Vurğulanıb ki, ABŞ-ın hazırkı administrasiyasının bütövlükdə yerli enerji sektoruna və bir sıra iri şirkətlərə qarşı yeni məhdudlaşdırıcı tədbirlər, o cümlədən onların rəhbərliyinə, habelə Rusiya Energetika Nazirliyinin rəsmilərinə qarşı şəxsi sanksiyalar tətbiq etmək qərarı, prezident Co Baydenin vəzifəsinin başa çatması ərəfəsində qlobal bazarların sabitliyini pozmaq riski bahasına olsa belə, Rusiya iqtisadiyyatına ən azı müəyyən zərər vurmaq cəhdini əks etdirir:
"Təbii ki, Vaşinqtonun düşmənçilik hərəkətləri cavabsız qalmayacaq və xarici iqtisadi strategiyamız hazırlanarkən nəzərə alınacaq”.























































