“Cəmil Həsənli və onun kimi düşünənlərin səlahiyyəti olsaydı, repressiya tətbiq edərdilər”
Dayanacaq sökülür, təhlükə böyüyür – sahibkarın qanunsuz addımı kimlərin himayəsindədir? FOTO/VİDEO
Keçmiş daxili işlər nazirinin müavini, polkovnik Natiq Məmmədağa oğlu Talıbov vəfat edib
Bakıda II “Türkman irsi: vətəndaş cəmiyyətlərinin həmrəyliyi” Forumu bədii hissə ilə bitdi
Keyt Middlton səhhəti ilə bağlı son vəziyyəti - Açıqladı

Uels şahzadəsi Keyt Middlton xərçəng xəstəliyinin remissiya mərhələsində olduğunu açıqlayıb.
“Qafqazinfo” xəbər verir ki, o, bu barədə instaqram hesabında bildirib.
Middlton remissiyada olduğu üçün özünü rahat hiss etdiyini vurğulayıb. O, əlavə edib ki, o, sağalmağa diqqət yetirir.
Keyt “Royal Marsden” Xərçəng Xəstəxanasının əməkdaşlarına ona son bir ildə göstərdikləri qayğıya görə təşəkkür edib.
Xatırladaq ki, ötən ilin martın 22-si Keyt Middlton kimyaterapiya aldığını açıqlayıb. Şahzadə bildirib ki, onda xərçəng qarın əməliyyatından sonra edilən testlər zamanı aşkarlanıb.
Uzun müddət ictimaiyyət arasında görünməyən Middletonla bağlı müxtəlif şayiələr yayılmışdı, hətta onun öldüyü deyilirdi. O, həyat yoldaşı şahzadə Uilyamla birlikdə görüntüləndikdən sonra şayiələrə son qoyulmuşdu.



















































