Menu
Xəbər Lenti
18 Ock 08:17Manşet / Gündəm / İdman

"Roma" Türkiyə millisini baş məşqçisiz qoymaq istəyir

İtaliyanın Serie A klublarından "Roma" mövsüm sonunda baş məşqçi Klaudio Ranyerinin ayrılmasından sonra yeni mövsüm üçün baş məşqçi axtarışlarını davam etdirir. 
Qaynarinfo xəbər verir ki, İtaliya mətbuatında yayılan məlumata görə, hazırda "Roma" üçün əsas namizəd Türkiyə milli komandasının baş məşqçisi Vinçenzo Montelladır.
"Roma"nın hazırkı baş məşqçisi Klaudio Ranyeri mövsümün sonunda işdən ayrılacağını elan edib: "Mövsümün sonunda baş məşqçilik karyerama son qoyacağam. Artıq kifayətdir. "Roma" komandanı İtaliya və Avropada elit səviyyəyə yüksəldə biləcək yeni bir baş məşqçi axtarır".
Ranyeri mövsüm sonunda klub rəhbərliyində yer alacaq və yeni baş məşqçinin seçilməsində mühüm rol oynayacaq.
İtaliya mətbuatında yer alan xəbərlərə görə, "Roma"nın yeni baş məşqçi vəzifəsi üçün bir neçə məşhur ad müzakirə olunur:
1. Vinçenzo Montella
Hazırda siyahıda birinci yerdə olan və ən güclü namizəd kimi göstərilən şəxs Türkiyə milli komandasının baş məşqçisi Vinçenzo Montelladır. Xatırladaq ki, "Roma" Montella ilə daha əvvəl də əlaqə saxlamış, lakin o dövrdə 50 yaşlı baş məşqçinin müqaviləsindəki şərtləri ödəməkdən çəkinmişdi. O zaman "Roma"nın sahibləri Friedkin ailəsi Montellanın Türkiyə Futbol Federasiyası ilə müqaviləsində göstərilən təzminat məbləğini ödəməyə razı olmamışdı. Hazırda isə bu namizədlik daha real görünür.
İtaliya mətbuatında xüsusilə "Corriere dello Sport" qəzetində yayımlanan xəbərə görə, Montella ilə bağlı əsas maneə onun TFF ilə olan müqaviləsindəki şərtlərdir. İddialara görə, "Roma" Montellanın sərbəst qalması üçün TFF-yə 6 aylıq maaşını ödəməlidir. Əgər bu ödəniş həyata keçirilərsə, Montellanın "Roma"ya keçidi mümkün olacaq.
2. Massimiliano Alleqri
"Roma"nın əvvəllər müzakirə etdiyi digər məşqçi Massimiliano Alleqri idi. Lakin Alleqrinin "Əl-Əhli" ilə müqavilə bağlamasından sonra onun adı siyahıdan çıxarılıb.
3. Roberto Mançini
Digər müzakirə edilən məşqçi isə Səudiyyə Ərəbistanı yığmasından ayrılan Roberto Mançinidir. Ancaq Mançini ilə bağlı bir neçə problem var: onun uzunmüddətli müqavilə və yüksək məbləğdə maaş tələbləri, eləcə də keçmişdə "Latsio"da işləməsi səbəbindən "Roma" rəhbərliyində bəzi narahatlıqlar və müzakirələr yaşanır.
4. Karlo Ançelotti
"Roma"nın müzakirə etdiyi başqa bir məşqçi isə hazırda "Real Madrid"i çalışdıran Çarlo Ançelottidir. Ançelotti ilə bağlı əvvəlcə onun "Real Madrid" ilə 2026-cı ilə qədər müqaviləsi olduğu üçün bu variant qeyri-mümkün kimi görünürdü. Lakin son dövrlərdə "El Klasiko" məğlubiyyətləri və "Real Madrid"də gələcək mövzusunda yaranan müzakirələr bu ehtimalı yenidən gündəmə gətirib.
Aydın