“Böyük Qayıdış” Gənclər Təşkilatı 20 Yanvar faciəsinin 35-ci ildönümünü bir sıra tədbirlərlə qeyd edib
Niyam Salaminin adı daha bir qalmaqalda - Keçmiş şərikinə yarım milyon manat uduzub
Hökumə Əliyevanın atasına qarşı törədilən kibercinayətkarlıqla bağlı cinayət işi açıldı
Gürcüstanın XİN başçısı: Azərbaycan bizim üçün vacib tərəfdaşdır
Azərbaycan bizim üçün vacib tərəfdaş, qonşu ölkədir, bizim aramızda dostluq əlaqələri var.
"Report”un yerli bürosu xəbər verir ki, bunu Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili deyib.
"Bu dostluq əlaqələri, xalqlarımız arasındakı münasibətlərə, dostluğa əsaslanır. İki ölkənin ortaq maraqları, əlbəttə, bölgənin rifahına və bölgənin rolunun daha yaxşı təqdim olunmasına yönəlməlidir ki, hər iki ölkə öz maraqlarını beynəlxalq arenada düzgün şəkildə təqdim edə bilsin”, - M.Boçorişvili bildirib.
O, qeyd edib ki, Azərbaycanda yüksək səviyyədə, vacib görüşlər keçirilib.
"Bizim üçün önəmli idi ki, seçkilərdən sonra, yeni hökumət şəraitində, Gürcüstanın Baş naziri ilk səfərini qonşu ölkələrə etsin. Tura Azərbaycandan başladıq”, - Gürcüstanın XİN rəhbəri vurğulayıb.