Xəbər Lenti
Dün, 13:04
Azərbaycanın enerji təhlükəsizliyi və yaşıl inkişaf strategiyasının yeni mərhələsi başlayır
Dün, 08:46
Yaşıl enerjiyə keçid və güclənən enerji təhlükəsizliyi: Azərbaycanın regional və qlobal missiyası
8-01-2026, 09:29
“Milli Konstitusiya və suveren Azərbaycan: Heydər Əliyevin yeni nəsil üçün əbədi mirası” kulturoloji layihəyə start verildi
Lerikdə meşədə 3 avtomat tapıldı

Lerik rayonunda “Palıdlıq” adlanan meşəlik ərazidə silah-sursat aşkarlanıb.
DİN-in Mətbuat xidmətinin Lənkəran regional qrupundan “Qafqazinfo”ya verilən məlumata görə, Lerik RPŞ əməkdaşları əraziyə baxış keçirən zaman 3 ədəd “Kalaşnikov” markalı avtomat silah və həmin silahlara aid 25 ədəd patron aşkarlanaraq götürülüb.
Bundan əlavə, keçirilən digər tədbirlərlə rayon sakinlərində müvafiq sənədləri olmadan qanunsuz olaraq saxlanılan 10 ədəd müxtəlif markalı ov tüfəngi aşkarlanıb.
Bu istiqamətdə tədbirlər davam etdirilir.























































