Bakı dünya miqyasında mühüm məsələlərin həlli üçün aparıcı dialoq mərkəzinə çevrilir
HƏP İdarə Heyətinin iclasında Prezident İlham Əliyevin siyasi kursunun uğurları geniş müzakirə edildi
23 may 2026-ci il tarixində "Unikal Xaricdə Təhsil və Hüquqi Konsaltinq Agentliyi"nin təşkilatçılığı ilə “Unikal Xaricdə Təhsil Forumu - 2026” keçirildi.
TƏBRİK EDİRİK!

Tibb elmləri doktoru, Əməkdar həkim, Milli Məclisin deputatı Rəşad Mahmudovun yanvarın 18-də doğum günüdür. Jurnalımız yanvar ayında işıq üzü gördüyündən, sevimli loğmanımızı təbrik edir, ona sağlam canla uğurlu fəaliyyət arzulayırıq. Rəşad Mahmudov ötən il ömrünün yarım əsrilə vidalaşdı. Biz də “Söz” jurnalı olaraq yubilyara xüsusi buraxılış həsr elədik. Yazdıq ki, dünya şöhrətli ürək cərrahımız Rəşad Mahmudov ömrün yarım əsrlik zirvəsindən geriyə baxanda, neçə insan ömrünə sığası uzun bir ömür yolu görür. Tibb aləmində neçə ilklərə imza atan həkim, cərrah, alim, müəllim, ictimai-siyasi xadim olaraq mənalı, şərəfli, gərəkli ömür yolu... Yubilyarın zəngin yaşanmış ömür yoluna işıq salaraq Şeyxülislam Hacı Allahşükür Paşazadə, tibb elmləri doktoru, akademik Sudeyf İmamverdiyev, Xalq yazıçısı Elmira Axundova, akademik, Milli Məclisin vitse-spikeri Rafael Hüseynov, akademik, Milli Məclisin Səhiyyə Komitəsinin sədri Əhliman Əmiraslanov, professor, Milli Məclisin deputatı Fəzail İbrahimli, siyasi elmlər doktoru, professor Hadi Rəcəbli, Əməkdar mühəndis Xalik Məmmədov, hüquq elmləri doktoru, professor İbrahim Quliyev, Buzovna məscidinin axundu Hacı Soltan Əlizadə, jurnalist Gülnar Əsədli və başqaları təbrik sözləri ünvanladılar.
Rəşad Mahmudov ömrünün ikinci yarıməsrini xırdalayır. Ötən bir ildə şəfalı əllərilə neçə insanı yenidən həyata qaytarıb. Ötən ilin seçkilərində yenidən Milli Məclisin deputatı seçilib.
Sevimli loğmanımıza çoxsahəli fəaliyyətinin hər birində uğurlar, özünün sağlamlığı ilə hər birimizin sağlamlığı keşiyində durmasını arzulayırıq.
Sevda Əlibəyli
























































