ATU-nun təşəbbüskarı olduğu Zəfər festivalı 30-dan artıq ali təhsil müəssisəsinin 900-dən çox iştirakçısını bir araya gətirib
Millət vəkili Pərvanə Vəliyeva Bakı Neft-Energetika Kollecində tələbələrlə görüş keçirdi
Bakı dünya miqyasında mühüm məsələlərin həlli üçün aparıcı dialoq mərkəzinə çevrilir
HƏP İdarə Heyətinin iclasında Prezident İlham Əliyevin siyasi kursunun uğurları geniş müzakirə edildi
23 may 2026-ci il tarixində "Unikal Xaricdə Təhsil və Hüquqi Konsaltinq Agentliyi"nin təşkilatçılığı ilə “Unikal Xaricdə Təhsil Forumu - 2026” keçirildi.
Keşnişin sağlamlığımıza faydası

Keşniş vitamin və minerallarla zəngin göyərtilərdən biridir. Demək olar ki, gündəlik qidalanmada geniş istifadə olunur.
“Qafqazinfo” xəbər verir ki, keşniş qan şəkərini azaltmağa, infeksiyalarla mübarizə aparmağa, ürək, beyin, dəri və həzm sağlamlığını yaxşılaşdırmağa kömək edir.
Tərkibində A, K və C vitaminləri olan keşniş yaxşı lipid mənbəyi kimi də tanınır.

Keşniş mədə turşusunu tənzimləyir və həzmi asanlaşdırır. Şişkinlik, həzm pozğunluğunu aradan qaldırır.
Bu göyrəti immunitet sistemini gücləndirir, tərkibindəki yüksək antioksidant orqanizmi sərbəst radikallara qarşı qoruyur.
Keşniş insulin ifrazını artıraraq qan şəkərini balanslaşdırır. Həmçinin pis xolesterinin (LDL) səviyyəsini aşağı sala və yaxşı xolesterinin (HDL) səviyyəsini artıra bilər. Bu da infarkt və ürək xəstəlikləri riskinin qarşısını alır.

Zəngin antioksidant quruluşu sayəsində keşniş hüceyrə zədələnməsinin qarşısını alır. Eyni zamanda, iltihabı aradan qaldırır və sinir hüceyrələrini qoruyur.
Yaddaşı zəiflədən Parkinson və Alzheimer kimi xəstəliklərin riskini azaltmağa kömək edir. Onun özünəməxsus xüsusiyyətlərindən biri də sinir sisteminə sakitləşdirici təsir göstərməsidir.

Kalsium, manqan, maqnezium və fosfor kimi sümük sağlamlığı üçün faydalı olan minerallarla zəngindir. Bu baxımdan sümük sağlamlığını dəstəkləyir. Sümükləri bərpa etməyə və sümüklə bağlı problemlərin qarşısını almağa faydalıdır.
Tərkibində A, C, E vitaminləri və karotenoidlər olan keşniş göz sağlamlığını qorumağa kömək edir və yaxşı görməni dəstəkləyir. Bəzi tədqiqatlar göstərir ki, gündəlik keşniş istehlakı yaşa bağlı makula degenerasiyasını (torlu qişa xəstəliyi) gecikdirməyə və göz xəstəliyi olan konjonktiviti yaxşılaşdırmağa yardımçı olur.

Keşniş toksinləri bədəndən çıxarmağa kömək edir. Detoksifikasiya xüsusiyyəti xüsusilə qaraciyər və böyrək sağlamlığı üçün faydalıdır.
Bundan başqa bədənin enerji istehsal sürətini artırır, maddələr mübadiləsinin daha effektiv işləməsini təmin edir.
Həzm sistemini sürətləndirdiyi üçün orqanizmin yağları daha effektiv şəkildə parçalamasına kömək edir. Xüsusilə maddələr mübadiləsinə təsir edən hormonları dəstəkləyərək arıqlamağı asanlaşdırır.
.jpg)
Antibakterial xüsusiyyətləri sayəsində dəri infeksiyalarının qarşısını alır və sızanaqları aradan qaldırır. Günəş yanıqlarına qarşı sakitləşdirici təsirə malikdir.
Dəridə yağlanma və ləkə kimi halların qarşısını alır.






















































