Menu
Xəbər Lenti
Ərdoğan da Albaniyaya gedir
16-05-2025, 06:48

Ərdoğan da Albaniyaya gedir

Şamaxıda zəlzələ oldu
15-05-2025, 07:12

Şamaxıda zəlzələ oldu

Tramp da Türkiyəyə getmir
15-05-2025, 06:31

Tramp da Türkiyəyə getmir

Zelenski Türkiyəyə getdi
15-05-2025, 06:30

Zelenski Türkiyəyə getdi

Bu ərazidə işıq olmayacaq
14-05-2025, 07:48

Bu ərazidə işıq olmayacaq

Vaskes “Real”dan gedir
14-05-2025, 07:43

Vaskes “Real”dan gedir

PKK özünü ləğv etdi
12-05-2025, 08:35

PKK özünü ləğv etdi

26 Ock 11:29Manşet / Gündəm

7 milyon insanı öldürən koronavirus: Süni şəkildə yaradılıb, amma... - ABŞ kəşfiyyatı

7 milyon insanı öldürən koronavirus: Süni şəkildə yaradılıb, amma... - ABŞ kəşfiyyatı

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) koronavirusun mənşəyinin laboratoriyada yarandığı ehtimalı ilə bağlı qiymətləndirmə dərc edib.
Qaynarinfo "AP News"a istinadən xəbər verir ki, MKİ-nin məlumatına görə, virus çox güman təbii olaraq yaranmayıb, süni şəkildə yaradılıb, lakin buna dair dəqiq sübut yoxdur.
Yeni qiymətləndirmə Çində virusun yayılması, elmi tədqiqatlar və laboratoriya işləri ilə bağlı məlumatların təhlilinə əsaslanır. Hesabatda vurğulanır ki, Çin hakimiyyətinin əməkdaşlığı olmadan virusun mənşəyini tam başa düşmək mümkün deyil.
Hesabat Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş direktoru Uilyam Börns dövründə ABŞ-ın əvvəlki administrasiyası tərəfindən sifariş edilib və Con Ratkliff tərəfindən açıqlanıb. Yanvarın 25-də ABŞ Senatının Kəşfiyyat Komitəsinin sədri Tom Kotton nəticələrdən məmnunluğunu ifadə edərək, Çinin virusun yayılmasına görə məsuliyyət daşımasına ehtiyac olduğunu bildirib.
Çinin Vaşinqtondakı səfirliyinin nümayəndələri koronavirusun laboratoriyada yaranması ilə bağlı iddiaları təkzib edib və elmə hörmət etməyə çağırıblar. 
ABŞ-da laboratoriya nəzəriyyəsinə dəstək əvvəllər FTB-nin o zamankı direktoru Kristofer Rey, Energetika Departamenti və MKİ-nin keçmiş direktoru Con Ratkliff tərəfindən ifadə edilmişdi.
2019-cu ilin dekabr ayında Çin səlahiyyətliləri Ümumdünya Səhiyyə Təşkilatına Vuhanda sətəlcəm xəstəliyinin baş verdiyini bildirib. 2020-ci ilin mart ayında ÜST-nin baş direktoru Tedros Adhanom Qebreyesus virusun bütün dünyada sürətlə yayılması səbəbindən COVID-19-u pandemiya elan edib. Son məlumatlara görə, dünyada 7 milyondan çox insan koronavirusdan dünyasını dəyişib.
Aydın