Əhliman Əmiraslanov: "Azərbaycanda ilk ürək transplantasiyasından sonra donorların sayı artıb"
VK sədri: "Vəkil adından qanunsuz istifadə hallarına qarşı mübarizə gücləndirilib"
QARABAĞ MÜHARİBƏSİ VETERANLARI VƏ QAZİLƏRİ HƏBS OLUNAN POLKOVNİKƏ GÖRƏ PREZİDENT İLHAM ƏLİYEVƏ MÜRACİƏT ETDİLƏR
Rusiya rəsmisi: "Ermənistanın Aİ ilə yaxınlaşması müttəfiqlik münasibətlərimizə mənfi təsir edəcək"
Şəkidə ana və oğlunu narkotiklə şərləməkdə təqsirləndirilən tanınmış iş adamı həbs olundu
Agentlik sədri: "2030-cu ilədək 14 regional DOST mərkəzinin istifadəyə verilməsi planlaşdırılır"
Nəsimi Nəbizadə ilə gündəmə gələn reabilitasiya mərkəzinin rəhbəri və iki əməkdaşı saxlanıldılar
“Prezidentin etimadı bizi gələcəyə daha da ruhlandırır”

Xəbər verdiyimiz kimi, dövlət başçısının Sərəncamı ilə bir qrup gəncə Prezident mükafatı verilib.
“Qafqazinfo”nun məlumatına görə, həmin gənclərdən biri - Nihat Abdullayev bu barədə “Azərbaycan müəllimi”nə təəssüratını bölüşüb.
O bu xəbəri böyük sevinc hissi ilə qarşıladığını bildirib: “Prezident tərəfindən belə bir mükafata layiq görülmə böyük qürur hissidir. Dövlət başçısının etimadı, texnologiya, süni intellekt və sahibkarlıq fəaliyyətimizi təqdir etməsi bizi gələcəyə daha da ruhlandırır və ölkəmizi beynəlxalq arenalarda daha yüksək səviyyədə təmsil etməyimizə güc verir.
Prezidentə bizə göstərdiyi etimada görə təşəkkür edir, bundan sonra da texnoloji layihələrimiz, hazırda üzərində çalışdığımız süni intellekt əsaslı, ağıllı oyuncaq layihəsi olan “SamSam”la bayrağımızı zirvələrə qaldırmağa tam güclə çalışacağıq”.
Qeyd edək ki, Nihat hazırda ADA Universitetinin 5-cü kursunda təhsil alır. O, Azərbaycanı beynəlxalq texnologiya və startap müsabiqələrində təmsil edərək ölkəmizi qlobal arenada birinci yerə çıxarıb, müxtəlif beynəlxalq çempionatların qalibi olub.
Eyni zamanda, ölkədə ilk süni intellekt üzrə tədqiqat xidmətləri təklif edən “AI HUB”ın həmtəsisçisidir. KAIST Universitetinin “Scalable Computer Vision Lab” laboratoriyasında çalışıb.
Bir sıra elmi məqalələrin həmmüəllifi olan Nihat, həm də uşaqlar üçün süni intellekt ilə işləyən ağıllı oyuncaq – “Samsam” startap layihəsinin həmtəsisçisi və texnologiya direktorudur.
























































