Deputat: "Azərbaycan iqtisadiyyatı qlobal və geosiyasi təhdidlər fonunda dayanıqlığını qoruyur"
Pakistan İslam Respublikasının Azərbaycandakı səfirliyində 10 may "Qələbə Günü" münasibətilə bayram tədbiri keçirildi.
ATU rəhbərliyi Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibəti ilə Ulu Öndərin məzarını ziyarət edib
Azərbaycan-Ermənistan sərhədində delimitasiya üzrə işlər nə yerdədir? - Nazirdən AÇIQLAMA
Arzu Əliyeva ulu öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü ilə əlaqədar paylaşım edib
Azərbaycan - Britaniya Peşəkarları Assosiasiyası ilə ATU arasında əməkdaşlıq genişlənir
Mehriban Əliyeva: "Dahi şəxsiyyətin nurlu, əziz xatirəsi qəlbimizdə daim yaşayacaqdır"
İlham Əliyev: "Ümummilli Lider Heydər Əliyev bugünkü Azərbaycanı görsəydi, şad olardı"
İlham Əliyev Heydər Əliyevin ömür yolundakı vacib məqamları əks etdirən videoçarx paylaşıb
Taleh Məmmədov: “Heydər Əliyev və müasir Azərbaycan modeli dövlətçilik strategiyasının müəllifi”
Xətai rayonunda Ümummilli lider Heydər Əliyevin anadan olmasının 103 illiyinə həsr olunmuş möhtəşəm konsert proqramı və atəşfəşanlıq təşkil olunub
Azərbaycan Tibb Universiteti Türkiyənin Yozqat Bozok Universiteti ilə əməkdaşlığa başlayır
“Shirvan Operating Company Ltd” Şirkəti 2 Fevral Gənclər günü münasibəti ilə tədbir keçirib.

2 Fevral – Gənclər Günü münasibətilə “Shirvan Operating Company Ltd” Şirkətinin 2 №-li Neft-Qazçıxarma sexində mühəndis-geoloq vəzifəsində çalışan və eyni zamanda rəis müavini olan Mirişov Ağamir Mirağa oğlu Şirvan şəhər İcra Hakimiyyətinin başçısı hörmətli İlqar Abbasov tərəfindən Fəxri Fərmanla təltif olunub. Bu mükafat onun əmək fəaliyyətindəki uğurlarının, peşəkarlığının və şirkətə verdiyi töhfələrin yüksək qiymətləndirilməsinin bariz nümunəsidir.
Ağamir Mirişov kollektivimizin ən dəyərli və işgüzar gənclərindən biridir. O, neft-qaz sənayesində geniş bilik və bacarığa sahib olmaqla yanaşı, işinə məsuliyyətlə yanaşması, operativ qərarlar qəbul etməsi və komandada yüksək peşəkarlıq nümayiş etdirməsi ilə seçilir. Onun rəhbərliyi altında mühəndis-geoloji işlərin dəqiqliyi və səmərəliliyi artır, hasilat sahəsində müasir texnologiyaların tətbiqi və analizlərin aparılması daha peşəkar şəkildə həyata keçirilir.
Ağamir Mirişovun bu mükafata layiq görülməsi həm onun şəxsi nailiyyəti, həm də şirkətimizin gənc və perspektivli kadr potensialının bir göstəricisidir. Gənc mütəxəssislərimiz arasında onun nümunəvi fəaliyyəti, istedadı və yüksək iş etikası hər zaman təqdirəlayiqdir. O, daim öyrənməyə və öz sahəsində yeniliklərlə fərqlənir. Bu xüsusiyyətlər onu şirkətimizdə həmkarları arasında hörmətli və nüfuzlu bir şəxsə çevirib.
“Shirvan OC Ltd” kollektivi olaraq, bu mühüm hadisəni böyük sevinc hissi ilə qarşılayır və Ağamir Mirişovu ürəkdən təbrik edirik. Ona gələcək fəaliyyətində daha böyük uğurlar, sağlamlıq, yeni zirvələr fəth etməyi və peşəkar inkişaf yolunda daim irəliləməyi arzulayırıq. Şirkətimizin uğurlarında onun kimi gənc və dinamik mütəxəssislərin rolu danılmazdır və biz inanırıq ki, Ağamir Mirişov bundan sonra da öz zəhməti və biliyi ilə mühüm nailiyyətlər qazanacaq.
Bu günün əsas qəhrəmanlarımızndan biri olan Ağamir Mirişovun Fəxri Fərmanla təltif olunması gənclər üçün böyük bir stimul və nümunədir. O, sübut edir ki, əzmkarlıq, məsuliyyət və daim öz üzərində çalışma istənilən sahədə uğur qazanmağın əsas açarıdır. Azərbaycanın neft-qaz sənayesində gənc mütəxəssislərin inkişafı və təqdir olunması ölkəmizin davamlı inkişaf strategiyasının bir parçasıdır və bu cür mükafatlar onların fəaliyyətini daha da stimullaşdırır.
Bir daha dəyərli həmkarımızı təbrik edir, ona işində uğurlar arzulayır və daha böyük nailiyyətlərə imza atacağına inanırıq!
Taleh Məmmədov
“Şirvan Operating Company Ltd” şirkətinin
Həmkarlar İttifaqı Komitəsinin sədri






















































