Mehriban Əliyevanın fəaliyyəti sübut edir ki, dövlət gücü yalnız hüquqi mexanizmlərlə deyil
Məktəbi xarici ölkədə bitirən şəxslər Azərbaycanda ali təhsil almaq üçün hansı sənədləri təqdim etməlidirlər?
Sahibkarların nəzərinə: Aqrar müəssisələrin baş planlarına dair tələblər təsdiqləndi
"Nike" şirkətinə qarşı araşdırma başlandı: Məşhur brend irqi ayrı-seçkilikdə ittiham olunur
ABŞ nadir torpaq elementlərinin istehsalını artırır - Çindən asılılıq narahatlıq yaradıb
GİKM gənclər üçün faydalı görüşlərin təşkilinə davam edir

Xəzərtv.info xəbər veriri ki, gənclərin şəxsi inkişafına və karyera quruculuğuna dəstək göstərməyi hədəfləyən Gənclərin İnkişaf və Karyera Mərkəzi (GİKM) gəncləri mütəmadi olaraq faydalı görüşlər ətrafında bir araya gətirir. Müxtəlif sahələrdən peşəkarlarla təşkil olunan bu görüşlər iştirakçılara bilik və təcrübə qazanmaq, həmçinin öz suallarına cavab tapmaq imkanı yaradır.
Bu dəfə “Peşəkarla dialoq” layihəsi çərçivəsində tanınmış aparıcı, telejurnalist Ceyhun Əli ilə gənclərin görüşü baş tutub.
Görüş zamanı Ceyhun Əli televiziya jurnalistikası sahəsindəki təcrübəsini gənclərlə bölüşüb, uğurlu aparıcı olmağın vacib məqamlarından danışıb. O, peşəkar fəaliyyətində qarşılaşdığı çətinliklər və onların öhdəsindən gəlmə yolları barədə real nümunələr gətirərək iştirakçılara dəyərli tövsiyələr verib. Görüş interaktiv müzakirə və səmimi dialoq şəraitində keçib, gənclər öz suallarını ünvanlayaraq, media sahəsinə dair maraqlandıqları mövzular barədə ətraflı məlumat əldə ediblər.
GİKM gənclərin inkişafına töhfə vermək üçün “Peşəkarla dialoq” layihəsi çərçivəsində görüşlərin təşkilini davam etdirəcək.
Fərid Faiq

























































