Menu
Xəbər Lenti
STP-də yeni təyinatlar
5-08-2025, 10:00

STP-də yeni təyinatlar

Bu rayonlarda 41° isti var
4-08-2025, 09:20

Bu rayonlarda 41° isti var

Şəhid atası vəfat etdi
3-08-2025, 09:16

Şəhid atası vəfat etdi

Tərəf müqabili oldular
2-08-2025, 09:49

Tərəf müqabili oldular

15 Şub 07:40Manşet / Gündəm

Türkiyə parlamentində Xocalı soyqırımının ildönümü ilə bağlı tədbir keçiriləcək

Türkiyə parlamentində Xocalı soyqırımının ildönümü ilə bağlı tədbir keçiriləcək

Türkiyə Böyük Millət Məclisində (parlamentində) Xocalı soyqırımının 33-cü ildönümü ilə bağlı tədbir keçiriləcək.

Qaynarinfo xəbər verir ki, bu barədə Azərbaycanın Ankaradakı səfirliyindən məlumat verilib.

Anım tədbiri fevralın 24-də Türkiyə Böyük Millət Məclisinin nəzdində Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Vəqfi tərəfindən Azərbaycan diplomatik missiyasının dəstəyi ilə təşkil olunacaq.

Tədbirdə Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva və Türkiyənin Baş Ombudsmanı Şərəf Malkoç çıxış edəcəklər.

"33-cü ildönümündə biz "Xocalıya ədalət” tələbimizi bir daha təsdiqləyirik ki, bu faciəyə görə məsuliyyət daşıyanlar yeni Xocalı soyqırımının baş verməməsi üçün Beynəlxalq Məhkəmə qarşısına çıxarılsın”, - vəqfdən bildirilib.