Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası tərəfindən Ulu Öndər Heydər Əliyevin anım günü qeyd olunub
İlham Əliyev və Mehriban Əliyeva ümummilli lider Heydər Əliyevin məzarını ziyarət ediblər
Ulu Öndərin Əbədi İşığı – Gülnara Həmidovanın Heydər Əliyev xatirəsinə həsr olunmuş dərin hörmət və ehtiramı
Ərdoğanla Zelenskinin fotosu gündəm oldu

Məlum olduğu kimi, Ukrayna Prezidenti Volodimir Zelenski dünən Ankaraya səfər edib və Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanla danışıqlar aparıb.
“Qafqazinfo”nun Türkiyə mediasına istinadən məlumatına görə, liderlər arasında danışıqlarla yanaşı, Türkiyə liderinin ukraynalı həmkarı Volodimir Zelenskini qarşıladığı anlar sosial şəbəkələrdə maraqla qarşılanıb və gündəmə çevrilib.
Belə ki, rəsmi qarşılanma mərasimi zamanı yağış yağdığından Ərdoğan çətirini Zelenski ilə paylaşıb və tərəflər çətirlə birgə foto çəkdirib.
Ərdoğanın bu jesti və sözügedən foto sosial şəbəkələrdə Türkiyənin Ukraynaya verdiyi dəstəyin simvolik ifadəsi olaraq şərh edilib.
Eyni zamanda, həmin foto iki ölkə arasında dost münasibətlərini gücləndirən detal olaraq qiymətləndirilib.
Onu da xatırladaq ki, Ankaradakı görüşə paralel olaraq Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda Rusiya və ABŞ nümayəndələri arasında danışıqlar keçirilib.






















































