Dayanacaq sökülür, təhlükə böyüyür – sahibkarın qanunsuz addımı kimlərin himayəsindədir? FOTO/VİDEO
Keçmiş daxili işlər nazirinin müavini, polkovnik Natiq Məmmədağa oğlu Talıbov vəfat edib
Bakıda II “Türkman irsi: vətəndaş cəmiyyətlərinin həmrəyliyi” Forumu bədii hissə ilə bitdi
“Azərbaycan Ordusu güclü dövlətçiliyimizin və milli təhlükəsizliyimizin möhkəm təməlidir”
Zərniyar Kərimova: “26 İyun – Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü milli qürur və qəhrəmanlıq bayramıdır”
Zaur Muradov: “26 İyun – Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü xalqımızın qürur və şərəf bayramıdır”
Nazirliyin vəzifəli şəxslərinin martda keçirəcəyi qəbulların qrafiki

Kənd təsərrüfatı naziri Məcnun Məmmədovun imzaladığı əmrə əsasən, 2023-cü ilin sentyabr ayından başlayaraq Nazirliyin vəzifəli şəxsləri tərəfindən bölgələrdə vətəndaş qəbulları keçirilir.
“Qafqazinfo” xəbər verir ki, qəbul zamanı vətəndaşların nazirliyin səlahiyyət dairəsinə aid məsələlərlə bağlı müraciətləri cavablandırılır, müraciətlərdə əksini tapan məsələlərin həlli ilə əlaqədar tədbirlər görülür.
Vətəndaş qəbulu qrafikdə nəzərdə tutulmuş rayonun Dövlət Aqrar İnkişaf Mərkəzində keçirilir. Qəbuluda iştirak etmək istəyən şəxslər Kənd Təsərrüfatı Nazirliyinin “Çağrı Mərkəzi”nə (1652) zəng etməklə qeydiyyatdan keçə bilərlər.
Qəbula gələn vətəndaşlar əvvəlcədən qeydiyyatdan keçməli və şəxsiyyətlərini təsdiq edən sənədləri özləri ilə gətirməlidirlər.
Kənd Təsərrüfatı Nazirliyinin vəzifəli şəxsləri tərəfindən mart ayı ərzində keçiriləcək vətəndaş qəbulları üzrə qrafiki təqdim edirik:























































