Azərbaycanın enerji təhlükəsizliyi və yaşıl inkişaf strategiyasının yeni mərhələsi başlayır
Yaşıl enerjiyə keçid və güclənən enerji təhlükəsizliyi: Azərbaycanın regional və qlobal missiyası
“Milli Konstitusiya və suveren Azərbaycan: Heydər Əliyevin yeni nəsil üçün əbədi mirası” kulturoloji layihəyə start verildi
Bu yolda dəyişiklik edilir - Sürücülərin diqqətinə!

Bu gündən paytaxtın Üzeyir Hacıbəyli küçəsində yol hərəkətində dəyişiklik edilir.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi (BŞDYPİ) və Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) birgə yaydığı məlumatda bildirilib.
Dəyişikliklə Yusif Səfərov küçəsi ilə hərəkət edən nəqliyyat vasitələri Ü.Hacıbəyli küçəsinin sağ kənar yoluna daxil olduqda yolun mərkəz hissəsinə daxil ola bilməyəcəklər.
Bununla da hərəkəti düz davam edib sağa Nizami küçəsinə yönələcəklər. Həmin ərazidə yerləşən yeraltı parkinqdən çıxan avtomobillər isə birbaşa Ü.Hacıbəyli küçəsinin mərkəz yoluna daxil ola biləcəklər.
Sözügedən ərazidə müvafiq nişanlar quraşdırılacaq.
Yol hərəkətinin təşkilində edilən dəyişiklik Ü.Hacıbəyli küçəsində yarana biləcək sıxlıqların qarşısının alınması, ümumi istifadədə olan nəqliyyat vasitələrinin rahat və fasiləsiz hərəkətinin təmin edilməsi məqsədilə həyata keçirilir.
























































