ATU-nun təşəbbüskarı olduğu Zəfər festivalı 30-dan artıq ali təhsil müəssisəsinin 900-dən çox iştirakçısını bir araya gətirib
Millət vəkili Pərvanə Vəliyeva Bakı Neft-Energetika Kollecində tələbələrlə görüş keçirdi
Bakı dünya miqyasında mühüm məsələlərin həlli üçün aparıcı dialoq mərkəzinə çevrilir
HƏP İdarə Heyətinin iclasında Prezident İlham Əliyevin siyasi kursunun uğurları geniş müzakirə edildi
23 may 2026-ci il tarixində "Unikal Xaricdə Təhsil və Hüquqi Konsaltinq Agentliyi"nin təşkilatçılığı ilə “Unikal Xaricdə Təhsil Forumu - 2026” keçirildi.
Ramazanın 9-cu gününün duası, imsak və iftar vaxtı

Sabah Ramazan ayının 9-cu günüdür.
Qaynarinfo xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, sabah üçün imsak saat 05:36-ya, iftar isə saat 18:55-ə təyin olunub.
Ramazan ayının 9-cu gününün duası:
"Allahumməc-əl li fihi nəsibən min rəhmətikəl-vasiə. Vəhdini fihi libərahinikəs-satiə. Və xuz binasiyəti ila mərzatikəl-camiə. Biməhəbbətikə ya əmələl-müştaqin”.
Tərcüməsi:
"İlahi, bu gün öz bol rəhmətini mənə nəsib et. Məni öz parlaq dəlillərinlə istiqamətləndir. Məni sənin razılığına bais olan və hər cür xeyri özündə cəm edən əməllərə doğru çək. Məhəbbətinə and verirəm, ey şövqlülərin istəyi!”
İftar duası:
"Allahummə ləkə sumtu və əla rizqikə əftərtu və əleykə təvəkkəltu. Bismillahir-Rəhmanir-Rəhim. Ya vasiəl-məğfirəti iğfirli”.
Tərcüməsi:
"İlahi, səndən ötrü oruc tutdum, sənin verdiyin ruzi ilə iftar açdım və sənə təvəkkül etdim. Bağışlayan və mehriban Allahın adı ilə. Ey hüdudsuz bağışlama sahibi, mənim günahlarımı bağışla!”
Allah orucunuzu qəbul etsin!






















































