Menu
Xəbər Lenti
Vens İsveçrədədir
Bugün, 09:32

Vens İsveçrədədir

Bu gün imtahan var
Bugün, 09:21

Bu gün imtahan var

Xankəndiyə qayıdırlar
19-06-2026, 09:04

Xankəndiyə qayıdırlar

Zamana sığmayan zəka...
17-06-2026, 15:38

Zamana sığmayan zəka...

11 Mrt 06:47Manşet / Dünya

Mask “X”ə hücumda Ukraynanı günahlandırdı

mask-xe-hucumda-ukraynani-gunahlandirdi

İlon Mask “X” sosial şəbəkəsinə kiberhücumda Ukraynanın İP ünvanlarının iştirak etdiyini iddia edib.

“Qafqazinfo” xəbər verir ki, o bu barədə “Fox News”a müsahibəsində bildirib.

Onun sözlərinə görə, nə baş verdiyi hələ dəqiq deyil, lakin “X”i sıradan çıxarmaq üçün irimiqyaslı kiberhücum edilib və hücumda Ukraynadan olan İP ünvanları iştirak edib.

Mask hücumun mənbəyini müəyyən etmək üçün hazırda araşdırma aparıldığını qeyd edib.

Xatırladaq ki, martın 9-da Mask Ukrayna müharibəsi ilə bağlı qalmaqallı açıqlama verib. İş adamı “Starlink” rabitə sisteminin Ukrayna ordusu üçün həlledici rol oynadığını bildirərək deyib: “Starlink” Ukrayna ordusunun əsas rabitə sistemidir. Əgər onu söndürsəm, cəbhə xətti dağılacaq”.