Xəbər Lenti
5-02-2026, 07:47
Məktəbi xarici ölkədə bitirən şəxslər Azərbaycanda ali təhsil almaq üçün hansı sənədləri təqdim etməlidirlər?
5-02-2026, 07:45
Sahibkarların nəzərinə: Aqrar müəssisələrin baş planlarına dair tələblər təsdiqləndi
5-02-2026, 07:42
"Nike" şirkətinə qarşı araşdırma başlandı: Məşhur brend irqi ayrı-seçkilikdə ittiham olunur
5-02-2026, 07:36
ABŞ nadir torpaq elementlərinin istehsalını artırır - Çindən asılılıq narahatlıq yaradıb
5-02-2026, 07:28
Azərbaycanda dini icma üzvünə sui-qəsd hazırlamaqda təqsirləndirilən şəxslərə hökm oxunub
2-02-2026, 17:36
"Böyük Qayıdış" Gənclər Təşkilatı Gənclər Günü münasibətilə bir sıra tədbirlər keçirib
2-02-2026, 08:45
Sahibə Qafarova: "Parlamentin səlahiyyətləri ilə bağlı məsələlər yaz sessiyasında diqqət mərkəzində saxlanılacaq"
Elman Paşayevin həbs müddəti uzadıldı

Moskvanın Hərbi Məhkəməsi dələduzluq işi üzrə saxlanılan azərbaycanlı hüquqşünas, sabiq vəkil Elman Paşayevin həbs müddətini daha iki ay uzadıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
“E. Paşayevin həbs müddəti mayın 15-dək uzadılıb”, - məlumatda deyilir.
Xatırladaq ki, sabiq vəkil 2024-cü ilin sentyabrında Moskvada saxlanılıb. Rusiya İstintaq Komitəsi Paşayevə qarşı Cinayət Məcəlləsinin 159-cu maddəsinin 4-cü bəndi ilə (xüsusilə külli miqdarda dələduzluq) cinayət işi açıldığını, onun 300 min dollar və 18,5 milyon rubl qarşılığında bloqer Aleksey Blinovski və həyat yoldaşını cinayət təqibindən azad edəcəyinə söz verdiyini bildirib. O, sentyabrın 18-i Moskvada istintaq təcridxanasına göndərilib.






















































