Menu
Xəbər Lenti
Vinisiusun evi yandı
Bugün, 05:45

Vinisiusun evi yandı

18 aylıq cəzalandırıldı
8-10-2025, 06:02

18 aylıq cəzalandırıldı

Meloni məhkəməyə verildi
8-10-2025, 05:59

Meloni məhkəməyə verildi

15 Mrt 09:41Manşet / Gündəm / Elm-təhsil

Bu universitetə rektor əvəzi təyin olundu

Bu universitetə rektor əvəzi təyin olundu (FOTO)

Xəzər Universitetinə rektor əvəzi təyin olunub.
Teleqraf-ın əldə etdiyi xəbərə görə, bu barədə ali məktəbin Direktorlar və Qəyyumlar Şurası qərar qəbul edib.
Qərara əsasən, Xəzər Universitetinin rektoru səlahiyyətlərinin icrası müvəqqəti olaraq tədris işləri üzrə prorektor, professor Məhəmməd Nuriyevə həvalə olunub.
M.Nuriyev 1946-cı ildə Zaqatalada andan olub. Texnika elmləri doktorudur. 1997-ci ildən Xəzər Universitetində çalışır.
Qeyd edək ki, Xəzər Universitetinin rektoru İradə Xəlilova bu il yanvarın 1-dən öz ərizəsi ilə rektor vəzifəsindən azad edilib. Onun rektorluqdan imtina səbəbi tədqiqat işi ilə məşğul olmaq istəyi olub. İ.Xəlilova hazırda fəaliyyətini universitetin nəzdində Hüceyrə Patologiyası Tədqiqat Mərkəzinin direktoru olaraq davam etdirir.
Xatırladaq ki, Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sərdi professor Hamlet İsaxanlıdır.