Sosial şəbəkələrdə tibbi məsləhət dalğası - Özlərini "sağlamlıq eksperti" kimi təqdim edən bloqerlər
PREZİDENT İLHAM ƏLİYEVİN AMEA‑NIN 80 İLLİK YUBILEYİ TƏDBİRİNDƏKİ ÇIXIŞINDA DİL MƏSƏLƏLƏRİ
Azərbaycan-Gürcüstan sərhədində qəzaya uğramış hərbi təyyarə ilə bağlı Türkiyədən AÇIQLAMA
Bloqer Ömrü Sultaninin müayinə üçün yollandığı xəstəxanada VƏFAT ETDİYİ iddia olunur
Şimali Makendoniyada matəm elan edildi

Şimali Makedoniya hökuməti keçirdiyi növbədənkənar iclasda Koçanidə gecə klubunda baş verən faciəvi yanğına görə 7 günlük matəm elan edib.
“Qafqazinfo” xəbər verir ki, bu haqda “KosovaPress” məlumat yayıb.
Hökumət, həmçinin Dövlət Bazar Müfəttişliyinə Şimali Makedoniya ərazisində gecə klubları, diskotekalar və açıq havada olan obyektlərdə fövqəladə yoxlama aparmağı və yoxlamanın nəticələri barədə yaxın üç gün ərzində hökumətə dərhal məlumat verməyi, onların şərtlərə uyğun olub-olmadığını müəyyən etməyi tapşırıb.
“Hər kəs qərara tabe olmalıdır, çünki itaətsizliyə görə cəzalar ağır olacaq. Bu günlərdə Xarici İşlər Nazirliyi baş vermiş böyük qəza ilə bağlı nazirlik daxilində başsağlığı kitabı açacaq”, - elanda deyilir.
Qeyd edək son məlumata əsasən faciədə 59 nəfər ölüb, 151 nəfər yaralanıb. Onlardan 18-nin vəziyyəti ağırdır.























































