Xəbər Lenti
10-04-2026, 10:24
Ağcabədidə Qarabağ və Şərqi Zəngəzur regionundan olan gənclər üçün “Könlüm Qarabağda, Könlüm Zəngəzurda” düşərgəsi başlayıb.
9-04-2026, 12:29
Sadə dəyişikliklə sağlamlıq: Bir çimdik kakao ilə səhər içdiyiniz kofe daha faydalı ola bilər
8-04-2026, 13:15
Qərbi Azərbaycan Amasiya rayon İcmasında Özbəkistan və Tacikistandan gələn şairlər, yazıçılarla görüş keçirildi.
Xəstəxanadan ilk fotosu yayıldı

Vatikan Roma Papası Fransiskin xəstəxanaya yerləşdirilməsindən sonra ilk fotosunu yayıb.
“Qafqazinfo” xəbər verir ki, fotoda pontifikin Romada “Gemelli” xəstəxanasının ibadət otağında əyləşdiyini görmək mümkündür.
88 yaşlı Roma Papası fevralın 14-dən ictimaiyyət arasında görünməyib. Bu müddət ərzində onun fotosu belə yayımlanmayıb.
Xatırladaq ki, Papa fevralın əvvəlindən yerləşdirildiyi xəstəxanada ikitərəfli pnevmoniyadan və digər infeksiyalardan müalicə alır. Müalicə dövründə onun səhhəti bir neçə dəfə pisləşsə də, hazırda onun vəziyyətinin stabil olduğu bildirilir.























































