Xəbər Lenti
19-03-2026, 08:10
200-dən çox sakini bir araya gətirən İlaxır Çərşənbə: Azur Residence-də yeni idarəetmə özünü sübut etdi
18-03-2026, 09:13
Azərbaycanda daha bir icra hakimiyyətində KÜTLƏVİ İXTİSAR: 54 nəfər işdən çıxarıldı - ÖZƏL
Tramp Baydenin övladlarını bundan məhrum etdi

ABŞ lideri Donald Tramp keçmiş prezident Co Baydenin övladları Hanter Bayden və Eşli Bayden üçün Məxfi Xidmətin mühafizəsini ləğv edib.
“Qafqazinfo” xəbər verir ki, Tramp bu barədə “Truth Social” hesabında yazıb.
Onun sözlərinə görə, Hanter və Eşli Məxfi Xidmət tərəfindən qorunan şəxslərin siyahısından çıxarılacaq.
“Bu andan etibarən Hanter Bayden daha Məxfi Xidmətin mühafizəsi altında olmayacaq. Eşli Bayden də siyahıdan çıxarılacaq”, - paylaşımda deyilir.
Tramp qeyd edib ki, Hanteri 18, Eşli və Cil Baydeni isə 13 işçi mühafizə edirdi.























































