Xəbər Lenti
7-07-2026, 20:01
Taleh Məmmədov: Zamin Fərzinin yeni təyinatı səhiyyəyə göstərilən etimadın ifadəsidir
7-07-2026, 12:56
Elmə və təhsilə həsr olunan mənalı ömür – El ağsaqqalı Soltanağa Cəfərovun 76 illik yubileyi münasibətilə təbrik
Ermənistan XİN başçısı: Azərbaycanla sülh sazişini mümkün qədər tez imzalamaq lazımdır

Ermənistan sülh sazişinin imzalanma tarixinin və vaxtının razılaşdırılmasına mümkün qədər tez başlamağı təklif edir ki, bu da Cənubi Qafqazda sülhün bərqərar olması istiqamətində bir addım olacaq.
"Report”un Qazaxıstan bürosunun məlumatına görə, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Qazaxıstan Baş nazirinin müavini - xarici işlər naziri Murat Nurtleu ilə geniş formatda danışıqlar zamanı bildirib.
"Vurğulamağı zəruri hesab edirəm ki, Ermənistan Cənubi Qafqazda sülh gündəliyinə sadiq olub və sadiq olaraq qalır. Biz həmçinin Qazaxıstan XİN-in Ermənistan və Azərbaycan arasında sülh sazişi üzrə danışıqların başa çatması ilə bağlı bəyanatını qiymətləndiririk", - A. Mirzoyan qeyd edib.























































