Xəbər Lenti
18-08-2025, 14:42
Azərbaycanda keçirilən “Beat the Heat Vol. IV” yay universiteti layihəsi uğurla yekunlaşıb
16-08-2025, 10:15
Alyaskanın ev sahibi Putin, iki böyük qələbə qazanan Putin, razı qalan Tramp… – Beynəlxalq media icmalı
Ulduz futbolçunun bəraət almasına görə etiraz aksiyası keçirildi
Xəbər verdiyimiz kimi, “Barselona”nın və Braziliya millisinin zorlamada ittiham olunan sabiq futbolçusu Dani Alveş bəraət alıb.
“Qafqazinfo”nun məlumatına görə, bundan sonra Barselona şəhərində yüzlərlə qadın etiraz aksiyasına başlayıb.
Onlar futbolçunun bəraət almasına etiraz ediblər.
Aksiya “Utanc və cəzasızlıq”, “Sənə inanırıq, bacı” şüarları altında keçirilib.
Xatırladaq ki, 2024-cü ilin fevralında Alveş zorlamada ittiham olunaraq 4,5 il azadlıqdan məhrum edilmişdi. Onun vəkilləri qərardan şikayət vermişdi.
Ötən ilin martında idmançı 14 ay həbsdə qaldıqdan sonra 1 milyon avro girov müqabilində həbsdən azad edilib.