Xəbər Lenti
Dün, 11:44
Adil Əliyevdən Araz Musayevin iddialarına cavab: "Ortada istintaqı yayındırmaq cəhdi var"
Dün, 10:25
Şahin Seyidzadə: Azərbaycanın yaşıl enerji sahəsindəki təşəbbüsləri xüsusi əhəmiyyət daşıyır
4-06-2025, 15:27
Elsevər Məmmədov Niderland- Belçika Azərbaycanlıları Koordinasiya Şurasının yeni koordinatoru seçildi
3-06-2025, 11:51
Ağdərədə itkin düşmüş şəhid İbrahimov Sahil Nurəddin oğlu Əmircan qəsəbəsi Şəhidlər xiyabanında dəfn edildi
2-06-2025, 16:48
Azərbaycanda keçirilən mötəbər tədbirlər ölkəmizə olan inam və etibarın bariz nümunəsidir
Məqsədin 250-ci oyunu, "Zirə"nin 350-ci qolu
"Zirə"nin futbolçusu Məqsəd İsayev Azərbaycan çempionatlarında 250-ci oyununu keçirib.
Qaynarinfo PFL-in saytına istinadən xəbər verir ki, 31 yaşlı müdafiəçinin yubileyi XXXI turun "Sumqayıt”la ev görüşünə (3:1) təsadüf edib.
Məqsəd Premyer Liqada keçirdiyi 250 oyunda 6 qola imza atıb. O, ölkə çempionatları tarixində 250 və daha çox oyun keçirən 76-cı futbolçudur. O, "Neftçi”də 75, "Şamaxı”da 6 (1 qol), "Sabah”da 39 (1 qol), "Səbail”də 20, "Qəbələ”də 61 (3 qol), "Zirə”də 49 (1 qol) matça çıxıb.
Qeyd edək ki, Məqsəd Premyer Liqada 2013-cü il noyabrın 30-da keçirilən "Sumqayıt” – "Neftçi” görüşündə (1:2) debüt edib.
"Zirə" özü isə Azərbaycan çempionatlarında 350-ci qolu vurub. Öz meydanında "Sumqayıt”a 3:1 hesabı ilə qalib gələn Bakı klubunun ilk qolu Premyer Liqada 350-ci olub. Bu topu Georgi Papunaşvili rəqib qapısından keçirib.
Ümumilikdə 352 qola sevinən "Zirə” evdə 193, səfərdə 159 dəfə fərqlənib. "Qartallar” ölkə çempionatları tarixində 350 və daha çox qol vuran 12-ci komandadır.
Qeyd edək ki, "Zirə”nin Premyer Liqada ilk qolunu 2015-ci il avqustun 9-da AZAL-la ev oyununda (1:0) Viktor İqbekoyi vurub.