Xəbər Lenti
10-07-2025, 13:22
“Azərbaycan azsaylı dövlətlərdəndir ki, uzaqgörən və qətiyyətli siyasi liderə malikdir” - Təmraz Tağıyev
9-07-2025, 08:08
Saraydan sonrakı həyat: Harri və Meqan xərcləri azaltmaq üçün əməkdaşları işdən çıxarırlar
9-07-2025, 07:51
Vətən müharibəsindən sağ qayıtsa da, bir iynənin qurbanı oldu - Sübhanın ölümündə günahkar kimdir?
9-07-2025, 07:48
Klublararası dünya çempionatında son finalçı bəlli olur: PSJ "Real Madrid"lə üz-üzə
İsrail HƏMAS-ın 5 illik təklifinə “yox” dedi
İsrail HƏMAS tərəfindən saxlanılan girovların azad edilməsi müqabilində Qəzza zolağında 5 illik atəşkəs təklifini rədd edib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “Kan” televiziyası məlumat yayıb.
HƏMAS hərəkatındakı mənbələr bildiriblər ki, təşkilatın Doha və Qahirədəki nümayəndə heyəti 5 illik atəşkəs ideyası da daxil olmaqla Qəzzada hərbi əməliyyatlara son qoymaq üçün ümumi baxış təqdim edib.
Bu müddət ərzində hərəkatın təklifinə əsasən, İsrail ordusunun Qəzzadan tam çıxarılması həyata keçirilməli, sektorun bərpasına başlanılmalı, eyni zamanda anklavın blokadası götürülməlidir.
Eyni zamanda HƏMAS nümayəndə heyəti təşkilatın tərksilah edilməsi məsələsini müzakirə etməkdən imtina edib.
İsrail də HƏMAS-ın təklifini rədd edib.