200-dən çox sakini bir araya gətirən İlaxır Çərşənbə: Azur Residence-də yeni idarəetmə özünü sübut etdi
Azərbaycanda daha bir icra hakimiyyətində KÜTLƏVİ İXTİSAR: 54 nəfər işdən çıxarıldı - ÖZƏL
Pulsuz ayrılmalı olan məzar yerləri FANTASTİK QİYMƏTLƏRƏ satışa çıxarılır - RƏSMİ AÇIQLAMA
Azərbaycan yalnız regional güc kimi deyil, həm də qlobal dialoq və əməkdaşlıq platformalarının təşəbbüskarı kimi çıxış edir
Nömrəsiz maşınla xuliqanlıq edən qazi saxlanıldı
Şirvan şəhərində narkotik vasitənin təsiri altında avtomobillə xuliqanlıq hərəkətləri törədən şəxs saxlanılıb.
“Qafqazinfo” xəbər verir ki, 22 yaşlı Heydər Gülmalıyev polis əməkdaşları tərəfindən saxlanılaraq məsuliyyətə cəlb edilib.
Bildirilib ki, o, “Azsamand” markalı avtomobillə dövlət qeydiyyat nişanı olmadan şəhər ərazisində ictimai qaydanı kobud surətdə pozaraq vətəndaşların həyat və sağlamlığına real təhlükə yaratmaqla, təhlükəli manevrlərlə ayrı-ayrı şəxslərə məxsus bir neçə nəqliyyat vasitəsinə zərər vuraraq qərəzli hərəkətlər törətməkdə təqsirləndirilir.
Törətdiyi hərəkətlərə görə saxlanılan H.Gülmalıyev barəsində Cinayət Məcəlləsinin xuliqanlıq maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır.
Qeyd edək ki, Heydər Gülmalıyev Vətən müharibəsi qazisidir.























































