Menu
Xəbər Lenti
Rasim Balayev vəfat etdi
29-03-2026, 17:11

Rasim Balayev vəfat etdi

Yeni layihəsi bəlli oldu
29-03-2026, 09:53

Yeni layihəsi bəlli oldu

Sabunçu keçidi bağlandı
28-03-2026, 09:00

Sabunçu keçidi bağlandı

Neftimiz bahalaşdı
27-03-2026, 08:33

Neftimiz bahalaşdı

06 May 19:28Manşet / Gündəm / Elm-təhsil

“Müəllimlər Müəllimlərə Mentorluq edir: Azərbaycan Pedaqoqlarının Gücləndirilməsi” layihəsi uğurla yekunlaşıb.

“Müəllimlər Müəllimlərə Mentorluq edir: Azərbaycan Pedaqoqlarının Gücləndirilməsi” layihəsi uğurla yekunlaşıb.

Xezertv.info xəbər verir ki, Azərbaycan təhsilində müəllimlərin peşəkar inkişafına dəstək məqsədilə həyata keçirilən “Müəllimlər Müəllimlərə Mentorluq edir” layihəsinin yekun mərhələsi olan bağlanış görüşü baş tutub. “Azərbaycan Pedaqoqlarının Gücləndirilməsi” istiqamətində gerçəkləşdirilən layihə müəllimlər arasında bilik və təcrübə paylaşımını təşviq etməklə yanaşı, pedaqoqların liderlik və mentorluq bacarıqlarının inkişafına xidmət edib.


Bağlanış görüşündə layihə rəhbəri, Cəlilabad rayonunun Dələli kənd məktəbinin tarix müəllimi və direktoru Maqsud Məmmədov layihənin məqsədləri, həyata keçirilmə mərhələləri və əldə olunan nəticələr haqqında ətraflı məlumat verib. O bildirib ki, layihə ərzində keçirilən mentorluq sessiyaları müəllimlərin tədris bacarıqlarının təkmilləşdirilməsinə və açıq kommunikasiya mühitinin yaradılmasına yönəlib.


Layihənin mentoru Rüfət Əsədzadə mentorluq prosesinin əsas məqamlarını dəyərləndirib və iştirakçılara gələcək fəaliyyətlərində yararlı ola biləcək tövsiyələr təqdim edib. Görüş zamanı iştirakçılar layihənin onların peşəkar inkişafına verdiyi müsbət təsirdən bəhs edib, layihədən qazandıqları təcrübə və bilikləri öz məktəblərində necə tətbiq edəcəkləri barədə konkret fəaliyyət planları hazırladıqlarını qeyd ediblər.


Layihə çərçivəsində fərdi və qrup formatında təşkil olunan görüşlər pedaqoqlar arasında qarşılıqlı dəstək, uğurlu münasibətlərin qurulması və davam etdirilməsi üçün effektiv metod və strategiyaların öyrənilməsinə imkan yaradıb.


Qeyd edək ki, layihə Təhsildə inkişaf və innovasiyalar üzrə VIII qrant müsabiqəsi çərçivəsində Maqsud Məmmədov tərəfindən icra olunub və “müəllimdən müəllimə” yanaşmasının Azərbaycanda təbliği baxımından əhəmiyyətli bir addım olub.


 

Fərid Faiqoğlu