Prezident İlham Əliyev Davosda "Azərbaycan rəhbərliyi ilə səhər yeməyi" adlı tədbirdə iştirak edib
Vəhdət Partiyasından növbəti ictimai müzakirə: 20 Yanvar şəhid ailələri və gözüyaşlı anaları ilə geniş görüş
“Avtopilot” MMC-nin rəhbəri İqrar Həsənov: 20 Yanvar – Milli yaddaşın sarsılmaz sütunu
Hüquqi şəxslərin dövlət reyestrinin aparılması, istifadəsi və mühafizəsi qaydaları təsdiqlənib
Braziliya Prezidenti Ançelottinin yığmaya keçməsini tənqid etdi
Braziliya Prezidenti Luiz İnasio Lula da Silva Karlo Ançelottinin Braziliya millinin baş məşqçisi vəzifəsinə dəvət olunmasını tənqid edib.
“Qafqazinfo” “beIN Sports”a istinadən xəbər verir ki, prezident Ançelotti ilə bağlı bu fikirləri səsləndirib:
“Düzünü desəm, milli komandaya rəhbərlik edən əcnəbi məşqçinin əleyhinə deyiləm, amma inanıram ki, bu işi daha yaxşı yerinə yetirə bilən braziliyalı məşqçilər var”.
Qeyd edək ki, bu, Braziliya liderinin Ançelotti ilə bağlı ilk belə açıqlaması deyil. O, çalışdırıcının Braziliya millisinə keçəcəyi haqda ilkin şayiələr yayılmağa başlayanda da qərarın əleyhinə fikirlər səsləndirib:
“O, heç vaxt İtaliyanın baş məşqçisi olmayıb. Niyə öz ölkəsinin problemlərini həll etmir? Onlar 2022-ci il Dünya Çempionatına belə vəsiqə qazana bilmədilər”.





















































