Menu
Xəbər Lenti
Bu gün Yel çərşənbəsidir
10-03-2026, 05:20

Bu gün Yel çərşənbəsidir

Telefonla danışdılar
10-03-2026, 05:17

Telefonla danışdılar

“Narazıyam” - Tramp
10-03-2026, 05:08

“Narazıyam” - Tramp

Bu gün imtahan var
9-03-2026, 08:29

Bu gün imtahan var

19 May 06:30Manşet / İdman

“Neftçi”dən “Səbail”ə 3 cavabsız qol

neftciden-sebaile-3-cavabsiz-qol

Azərbaycan Premyer Liqasının XXXV turunda “Neftçi” “Səbail”ə qalib gəlib.

“Qafqazinfo” xəbər verir ki, “Neftçi Arena”da baş tutan görüş meydan sahibləri 3:0 hesablı qələbəyə seviniblər.

“Ağ-qaralar”ın heyətində Dembo Darboe (1), Ağadadaş Salyanski (25) və Aleks Fernandes (80) fərqləniblər.

Samir Abasovun rəhbərlik etdiyi kollektiv 43 xalla altıncı sırada qərarlaşıb. 22 xala malik “dənizçilər” sonuncu - onuncudur.

Qeyd edək ki, turun əvvəlki matçlarında “Turan Tovuz” səfərdə “Sumqayıt”ı, “Araz-Naxçıvan” “Şamaxı”nı 1:0 hesabı ilə məğlub edib. “Zirə” – “Sabah” qarşılaşmasında isə qalib müəyyənləşməyib - 1:1.