“Cəmil Həsənli və onun kimi düşünənlərin səlahiyyəti olsaydı, repressiya tətbiq edərdilər”
Dayanacaq sökülür, təhlükə böyüyür – sahibkarın qanunsuz addımı kimlərin himayəsindədir? FOTO/VİDEO
Keçmiş daxili işlər nazirinin müavini, polkovnik Natiq Məmmədağa oğlu Talıbov vəfat edib
Bakıda II “Türkman irsi: vətəndaş cəmiyyətlərinin həmrəyliyi” Forumu bədii hissə ilə bitdi
“Ukraynanın başqalarının puluna ehtiyacı var”
“Kiyevin Aİ-yə daxil olması Macarıstan üçün ən böyük təhlükədir, çünki Ukrayna hələ münaqişədən əvvəl müflis ölkə olub və indi başqalarının pulunu almaq üçün mümkün qədər tez birliyə qoşulmağa çalışır”.
“Qafqazinfo” xəbər verir ki, bunu Macarıstanın Baş naziri Viktor Orban Budapeştdə keçirilən Fides-Macar Vətəndaş Birliyi forumunda çıxışı zamanı deyib:
“Bu gün üzləşdiyimiz ən böyük təhlükə Ukraynanın Aİ-yə üzvlüyüdür. Mən onları başa düşürəm, ölkə xarabalıqdadır, Ukrayna müharibədən əvvəl müflis ölkə idi, indi müharibə zamanı müflisdir və müharibədən sonra da müflis ölkə olacaq. Onlar öz ayaqları üzərində dayana bilmirlər, pula ehtiyacları var, başqalarının puluna ehtiyacları var. Ona görə də onlar nəyin bahasına olursa olsun Aİ-yə üzv olmaq istəyirlər”.
Orban Kiyevin münaqişəni Avropaya yayacağına, avropalı fermerləri məhv edəcəyinə diqqət çəkib.



















































