Menu
Xəbər Lenti
Təbrik Məktubu
Dün, 15:16

Təbrik Məktubu

İmtahan günüdür
Dün, 10:22

İmtahan günüdür

“Azeri Light” bahalaşdı
25-04-2026, 10:18

“Azeri Light” bahalaşdı

Arda Turan cəzalandırıldı
24-04-2026, 07:49

Arda Turan cəzalandırıldı

22 May 07:02Manşet / İdman

Bundesliqada mövsümün futbolçusu seçildi

“Bavariya”nın hücumçusu Harri Keyn Bundesliqada ötən mövsümün ən yaxşı futbolçusu seçilib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
“Bundesliqada mövsümün oyunçusu seçilmək çox gözəl hissdir. Mən bununla fəxr edirəm, çünki bu liqada çoxlu rəqabət var. Mükafatı çempion olduğumuz ildə almaq onu daha da xüsusi edir. Bu mənim üçün çox şey deməkdir.
Kluba, komanda yoldaşlarıma və komandanın heyətinə xüsusi təşəkkürümü bildirmək istəyirəm ki, onlarsız bu mümkün olmayacaqdı. Biz bütün mövsüm çox çalışdıq, ona görə də indi bundan həzz alacağam. Bu kimi mükafatlar əlavə bonusdur”, - deyə Keyn hislərini bölüşüb.
Qeyd edək ki, Bundesliqanın baş çatan mövsümündə 31 yaşlı futbolçu 31 matçda 26 qol vuraraq turnirin bombardiri olub.