Minifutbol üzrə dünya çempionatı: Dörddəbir finala yüksələn digər komandalar bəlli olacaq
Yekaterinburqda yoxa çıxan Zahirəddin İbrahimov - Vardanyanla eyni təcridxanadadır
Gözdən Əlil Şəxslərin Reabilitasiyası İctimai Birliyi növbəti uğurlu konfransını keçirdi
Dünya çempionatı: Azərbaycan və Türkiyə milliləri növbəti görüşlərini keçirəcəklər
Ukrayna iki yol ayrıcında: Ya kapitulyasiya, ya da Azərbaycan təcrübəsindən istifadə etmək
Münsterdə 28 May – Azərbaycan Respublikasının Müstəqillik Günü qürurla qeyd olundu
Yeni iş yerlərinin yaradılması üçün bu qədər pul ayrılıb
2024-cü il üçün yaşayış minimumu 2023-cü illə müqayisədə 9,7 faiz artırılaraq ölkə üzrə 270,0 manat müəyyən edilib.
“Qafqazinfo” xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılan “2024-cü il dövlət büdcəsinin icrası haqqında” Qanun layihəsində öz əksini tapıb.
Yaşayış minimumu, o cümlədən əmək qabiliyyətli əhali üzrə 287,0 manat, pensiyaçılar üzrə 222,0 manat, uşaqlar üzrə 235,0 manat məbləğində müəyyən edilib.
Ötən il yanvarın 1-dən ehtiyac meyarının həddi 9,7 faiz artırılaraq 246,0 manatdan 270,0 manata çatdırılıb.
Ünvanlı dövlət sosial yardım üçün 398,2 milyon manat məbləğində vəsait hesabına 76,0 min ailənin hər bir üzvünə orta hesabla 99,4 manat olmaqla 437 manat məbləğində vəsait ödənilib.
Keçmiş məcburi köçkünlərin sosial müdafiəsinin maliyyə təminatı üçün 329,2 milyon manat məbləğində vəsait sərf olunub.
Məşğulluq tədbirləri çərçivəsində sosial müdafiəyə ehtiyacı olan əhali qruplarının məşğulluğunun artırılması, yeni iş yerləri yaratmaqla işsizliyin aradan qaldırılması istiqamətində tədbirlərin davamı olaraq 2024-cü ilin dövlət büdcəsindən 250,2 milyon manat məbləğində vəsait sərf edilib.
Nuranə Daxilqızı