Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının üzv təşkilatının Qurultayı keçirilib.
“Neylərəm sənsiz” – Nənə nəvənin qəlbində yaşayan əbədi sevgi. Nuray Kərimli nənəsi Məlahət xanıma ithaf edir.
70 yaşlı sahibkara qarşı hədə-qorxu: Bakının mərkəzində “Kurtlar Vadisi” ssenarisi - MÜRACİƏT VİDEO
Ağdaş Olimpiya İdman Kompleksinin direktoru Tahir Umudovu doğum günü münasibətilə səmimi-qəlbdən təbrik edirik!
“McDonald’s Azərbaycan” yerli istehsal olan halal mal ətindən tam istifadəyə keçdiyini elan edib
Uğurlu insanlar nəyə görə düyməli telefonlardan istifadə edir - Bilmədiyimizi bilirlər?
Reuters: Avropa İranla nüvə danışıqları aparacaq
2025-ci il iyunun 20-də – cümə günü Almaniya, Fransa və Böyük Britaniyanın xarici işlər nazirləri İranla nüvə danışıqları aparmağı planlaşdırır.
Qaynarinfo xəbər verir ki, bu barədə "Reuters” agentliyi alman diplomatik mənbəyə istinadla yazır.
Bildirilir ki, Avropa diplomatları ilə iranlı həmkarları arasındakı görüş İsveçrənin Cenevrə şəhərində baş tutmalıdır.
"Mənbənin sözlərinə görə, nazirlər əvvəlcə Avropa İttifaqının baş diplomatı Kaja Kallas ilə Cenevrədəki Almaniya konsulluğunda görüşəcək, ardınca isə İranın xarici işlər naziri ilə birgə görüş keçiriləcək”, – deyə məlumatda qeyd olunub.
Planın ABŞ ilə razılaşdırıldığı da vurğulanır.
Qeyd edək ki, İran son vaxtlar uranın zənginləşdirilməsi üzərində işləyir və Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) son hesabatında bildirilib ki, ölkə demək olar, silah səviyyəsinə yaxın dərəcədə zənginləşdirilmiş iri miqdarda uran toplayıb. Agentliyin məlumatına görə, 17 may tarixinə Tehranın 60 faizədək zənginləşdirilmiş 408,6 kiloqram uranı var.
Birləşmiş Ştatlar İranla ölkənin nüvə proqramından imtina etməsi ilə bağlı danışıqlar aparır. Eyni zamanda İranda Atom Silahlarının Yayılmaması Müqaviləsindən çıxmaq məsələsi də müzakirə olunur. Bu xəbərlər İranla İsrail arasında münasibətlərin gərginləşdiyi, qarşılıqlı zərbələrin endirildiyi və itkilərin olduğu günlərə təsadüf edir.
MAQATE-nin baş direktoru Rafael Qrossi Yaxın Şərqdəki vəziyyəti şərh edərkən bildirib ki, İsrailin zərbələrindən sonra İranın İsfahandakı yeraltı obyektində hələ də uran saxlayıb-saxlamadığı məlum deyil. Onun sözlərinə görə, müharibə dövründə inspektorların yoxlamaları mümkün deyil.
Bu arada Rusiya bəyan edib ki, İrandan yüksək dərəcədə zənginləşdirilmiş uranı çıxarmağa hazırdır. Moskva həmin uranı mülki reaktorlar üçün yanacağa çevrilə biləcəyini bildirib.
Alpər