Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının üzv təşkilatının Qurultayı keçirilib.
“Neylərəm sənsiz” – Nənə nəvənin qəlbində yaşayan əbədi sevgi. Nuray Kərimli nənəsi Məlahət xanıma ithaf edir.
70 yaşlı sahibkara qarşı hədə-qorxu: Bakının mərkəzində “Kurtlar Vadisi” ssenarisi - MÜRACİƏT VİDEO
Ağdaş Olimpiya İdman Kompleksinin direktoru Tahir Umudovu doğum günü münasibətilə səmimi-qəlbdən təbrik edirik!
“McDonald’s Azərbaycan” yerli istehsal olan halal mal ətindən tam istifadəyə keçdiyini elan edib
Uğurlu insanlar nəyə görə düyməli telefonlardan istifadə edir - Bilmədiyimizi bilirlər?
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının üzv təşkilatının Qurultayı keçirilib.
"Xezertv.info" "www.ahik.org"-a istinadən xəbər verir ki, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının üzv təşkilatı Azərbaycan Neft və Qaz Sənayesi İşçiləri Həmkarlar İttifaqının (ANQSİHİ) VI Qurultayı keçirilib. Qurultayda ölkənin müxtəlif bölgələrindən neft, qaz və kimya sənayesi sahəsində çalışan həmkarlar ittifaqı üzvlərini təmsil edən nümayəndələr iştirak ediblər.
Tədbirin gündəliyinə uyğun olaraq, əvvəlcə ötən dövr üzrə İttifaqın fəaliyyəti haqqında hesabat dinlənilib. Sonra İttifaqın Nəzarət-Təftiş Komissiyasının fəaliyyəti barədə hesabat təqdim olunub. Hesabatlar iştirakçılar tərəfindən qənaətbəxş hesab edilərək təsdiqlənib. Həmçinin İttifaqın müxtəlif normativ sənədlərinə əlavə və dəyişikliklər edilərək yeni redaksiyada qəbul olunub.
Qurultay çərçivəsində İttifaqın rəhbər orqanlarına seçkilər keçirilib. Eyni zamanda, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının Məclisinə və İcraiyyə Komitəsinə ANQSİHİ-ni təmsil edəcək nümayəndələr seçilib.
Qurultayda ANQSİHİ-nin dəyərləri, missiyası, strateji baxışı və hədəflərini əhatə edən videoçarx nümayiş olunub. Videoçarxda ittifaq daxilində rəqəmsal transformasiyaya start verildiyi, növbəti illərdə həmkarlar ittifaqının üzv təşkilatları və üzvlərlə birbaşa kommunikasiyanın qurulması, sosial layihələr, işçilərin rifahına yönəlmiş təşəbbüslər əks olunub.
Tədbirdə AHİK-in Aparat rəhbəri Həsən Cəfərov çıxış edərək, həmkarlar ittifaqının fəaliyyətini yüksək qiymətləndirib, yeni seçilmiş rəhbərliyə uğurlar arzulayıb.