Menu
Xəbər Lenti
Sürücülərin nəzərinə!
14-06-2026, 11:31

Sürücülərin nəzərinə!

Daşkəsəndə yol çökdü
14-06-2026, 11:06

Daşkəsəndə yol çökdü

Hidayət Orucov vəfat etdi
14-06-2026, 10:55

Hidayət Orucov vəfat etdi

TƏBİB- də yeni təyinat
12-06-2026, 11:45

TƏBİB- də yeni təyinat

Paşinyan Putini təbrik etdi
12-06-2026, 11:33

Paşinyan Putini təbrik etdi

20 Haz 11:26Manşet / Cəmiyyət

“AzerGold” QSC-nin yerli bazarda satış gəlirləri 238% artdı

azergold-qsc-nin-yerli-bazarda-satis-gelirleri-238-artdi

Azərbaycanın qeyri-neft sektorunun təmsil edən əsas ixracatçı dövlət şirkətləri sırasında lider mövqelərdə qərarlaşan “AzerGold” QSC ixrac əməliyyatları ilə yanaşı, yerli bazarın ən yüksək keyfiyyətli qiymətli metallara tələbatının ödənilməsi məqsədilə fəaliyyətini uğurla davam etdirir.

“Qafqazinfo” xəbər verir ki, Səhmdar Cəmiyyəti tərəfindən 2025-ci ilin yanvar-may ayları ərzində 3698 unsiya qızıl, 8827 unsiya gümüşün yerli bazarda topdan və pərakəndə satışı həyata keçirilib.

Bu ötən illə müqayisədə qızılın satışında 171% artım deməkdir. Gümüş məhsullarının satışında isə 17% artıma nail olunub.

Cari ilin ilk 5 ayında qiymətli məhsulların daxili bazar satışlarından 20.2 milyon manat gəlir əldə edilib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə daxili satış gəlirlərində 238% artım deməkdir.

Ümumilikdə, QSC-nin fəaliyyət dövrü ərzində daxili bazarda 22 453 unsiya qızıl, 135 003 unsiya gümüş məhsul satılaraq, 95.4 milyon manat gəlir əldə olunub.