Menu
Xəbər Lenti
Kiyevdə partlayışlar oldu
20-12-2024, 07:36

Kiyevdə partlayışlar oldu

Razyana çayının faydaları
18-12-2024, 06:36

Razyana çayının faydaları

11 Ara 06:56İqtisadiyyat

Vergi daxilolmaları 85 faiz artıb

Cari ilin yanvar-noyabr aylarında İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə dövlət büdcəsinə 14 milyard 726 milyon 776 min manat vergi daxil olub.

AZƏRTAC Dövlət Vergi Xidmətinə istinadla xəbər verir ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə vergi daxilolmaları 85 faiz və ya 6,7 milyard manatdan çox artıb.

Qeyri-neft-qaz sektorundan daxilolmalar 7 milyard 583 milyon 62,2 min manat olub. Ötən ilin müvafiq dövrü ilə müqayisədə bu sektordan vergi daxilolmaları 29,2 faiz və ya 1,7 milyard manatdan çox artıb.

Ödənilən vergilərin 51,5 faizi qeyri-neft-qaz sektorunun, 48,5 faizi isə neft-qaz sektorunun payına düşüb.