Türkiyənin Kahramanmaraş şəhərində "Azərbaycan məhəlləsi"nin açılış mərasimi keçirilib
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının üzv təşkilatının Qurultayı keçirilib.
“Neylərəm sənsiz” – Nənə nəvənin qəlbində yaşayan əbədi sevgi. Nuray Kərimli nənəsi Məlahət xanıma ithaf edir.
70 yaşlı sahibkara qarşı hədə-qorxu: Bakının mərkəzində “Kurtlar Vadisi” ssenarisi - MÜRACİƏT VİDEO
Ağdaş Olimpiya İdman Kompleksinin direktoru Tahir Umudovu doğum günü münasibətilə səmimi-qəlbdən təbrik edirik!
Bonn görüşlərində gərgin müzakirə: İki gündür gecikən gündəliyin təsdiqi necə reallaşdı?
İlham Əliyev Bakıda keçirilən beynəlxalq simpoziumun iştirakçılarına müraciət ünvanlayıb
Bəzi oyunlarla bağlı əməliyyatlar maliyyə sahəsinə aid edilməyəcək
Azərbaycanda kazino oyunları ilə bağlı bəzi əməliyyatlar maliyyə sahəsinə aid edilməyəcək.
“Qafqazinfo” xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılan “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Qanuna təklif olunan dəyişiklikdə öz əksini tapıb.
Layihəyə əsasən, Azərbaycanda kazino oyunlarının təşkilatçısı müştəri uyğunluğu tədbirlərini, müştərinin kazinoda həyata keçirdiyi hər bir maliyyə əməliyyatının onun barəsində bu tədbirlər çərçivəsində əldə edilmiş məlumat və sənədlərlə əlaqələndirilməsinə imkan verəcək qaydada həyata keçirməli olacaq. Bu halda kazinolarda yalnız çiplər və yaxud tokenlər istifadə edilməklə aparılan kazino oyunları ilə bağlı əməliyyatlar maliyyə sahəsinə aid edilməyəcək.
Kazino oyunlarının təşkilatçısına və operatoruna münasibətdə bu qanunun 4.8-ci maddəsinin tələbləri müştəri 3 min manat və yaxud daha artıq məbləğdə maliyyə əməliyyatları həyata keçirdikdə tətbiq ediləcək. Həmin maddə xarici hüquqi təsisatın benefisiar mülkiyyətçisinin eyniləşdirilməsi və eyniləşdirmə məlumatlarının verifikasiyasını nəzərdə tutur.
Qanun layihəsi səsverməyə qoyularaq birinci oxunuşda qəbul edilib.
Həmçinin Azərbaycanda kazino oyunlarının keçirilməsinə görə dövlət rüsumu müəyyənləşir.
Bu, Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılan “Dövlət rüsumu haqqında” Qanuna təklif olunan dəyişiklikdə öz əksini tapıb.
Layihəyə əsasən, Xəzər dənizinin (gölünün) Azərbaycana mənsub olan bölməsində süni torpaq sahələrində kazino oyunlarının keçirilməsinə görə 340 min manat dövlət rüsumunun ödənilməsi nəzərdə tutulur. Lisenziyanın qüvvədə olduğu müddətdə isə hər il əlavə 340 min manat rüsum alınacaq.
Dövlət rüsumunun hər il ödənilən hissəsi hər növbəti il lisenziyanın verildiyi günə qədər ödəniləcək.
Nuranə Daxilqızı