Deputat: "Azərbaycan iqtisadiyyatı qlobal və geosiyasi təhdidlər fonunda dayanıqlığını qoruyur"
Pakistan İslam Respublikasının Azərbaycandakı səfirliyində 10 may "Qələbə Günü" münasibətilə bayram tədbiri keçirildi.
ATU rəhbərliyi Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibəti ilə Ulu Öndərin məzarını ziyarət edib
Azərbaycan-Ermənistan sərhədində delimitasiya üzrə işlər nə yerdədir? - Nazirdən AÇIQLAMA
Arzu Əliyeva ulu öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü ilə əlaqədar paylaşım edib
Azərbaycan - Britaniya Peşəkarları Assosiasiyası ilə ATU arasında əməkdaşlıq genişlənir
Mehriban Əliyeva: "Dahi şəxsiyyətin nurlu, əziz xatirəsi qəlbimizdə daim yaşayacaqdır"
İlham Əliyev: "Ümummilli Lider Heydər Əliyev bugünkü Azərbaycanı görsəydi, şad olardı"
İlham Əliyev Heydər Əliyevin ömür yolundakı vacib məqamları əks etdirən videoçarx paylaşıb
Taleh Məmmədov: “Heydər Əliyev və müasir Azərbaycan modeli dövlətçilik strategiyasının müəllifi”
Xətai rayonunda Ümummilli lider Heydər Əliyevin anadan olmasının 103 illiyinə həsr olunmuş möhtəşəm konsert proqramı və atəşfəşanlıq təşkil olunub
Azərbaycan Tibb Universiteti Türkiyənin Yozqat Bozok Universiteti ilə əməkdaşlığa başlayır
Füzuli RİH başçısı Alı Alıyev və “Azərşəkər” MMC-nin şəhid ailəsinə qarşı ədalətsiz davranışı: Torpaq əlindən alınıb?! – İDDİA/VİDEO
“Heqiqixeber.az” saytına daxil olan daha bir video müraciət ictimaiyyətdə ciddi narahatlıq doğurub. Müraciətin müəllifi – Qarabağ Müharibəsinin şəhid Milli Qəhrəmanı Pəhlivan Fərzəliyevin oğlu Xaliq Fərzəliyev – iddia edir ki, Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev və “Azərşəkər” MMC-nin nümayəndələri ondan zor tətbiq edərək, ailəsinə məxsus olan 10 hektar torpaq sahəsini qanunsuz şəkildə əlindən alıblar.
Xaliq Fərzəliyevin sözlərinə görə, həmin torpaq sahəsi zamanında Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə şəhidin ailəsinin sosial rifahının yaxşılaşdırılması məqsədilə ayrılmışdı. Məhz bu sahədə fəaliyyət göstərən “Pəhlivan” MMC vasitəsilə 50-yə yaxın ailə dolanışığını təmin edirdi.
İddia olunur ki, Xaliq Fərzəliyev məsələyə aydınlıq gətirmək üçün dəfələrlə həm Füzuli RİH başçısı Alı Alıyev, həm də “Azərşəkər” MMC-nin məsul şəxsləri ilə görüşmək istəsə də, nəinki müsbət cavab almayıb, əksinə, təhqir və təzyiqlərlə qarşılaşıb. Onun bildirdiyinə görə, Alı Alıyev “sən kimin övladı olursan ol, Milli Qəhrəmanın ya qeyrisinin” deyərək, onu kabinetindən zorla çıxarıb.
Bu hadisə, yalnız bir vətəndaşın hüquqlarının pozulması deyil, həm də şəhidin müqəddəs xatirəsinə hörmətsizlik kimi qiymətləndirilir. Şəhid ailələrinin hüquqlarının qorunması dövlət siyasətinin əsas istiqamətlərindən biri olduğu halda, belə iddiaların səsləndirilməsi cəmiyyət üçün qəbuledilməz bir vəziyyətdir.
Xaliq Fərzəliyev bu ədalətsizliyin aradan qaldırılması üçün son ümid yeri olaraq Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə və Birinci Vitse-Prezident Mehriban xanım Əliyevaya açıq müraciət edərək kömək istəyir.
Qeyd edək ki, “Pəhlivan” MMC yalnız bir ailənin deyil, onlarla ailənin gəlir mənbəyinə çevrilmişdi və bu torpağın əldən alınması nəticəsində sosial vəziyyətə ciddi zərbə dəyib. Xüsusilə, şəhid ailələrinin maddi rifahına və mənəvi dayaqlarına belə biganə yanaşma cəmiyyətdə haqlı narazılıq yaradır.
Məsələnin ictimaiyyətdə geniş rezonans doğurması fonunda aidiyyəti qurumların bu iddialara dərhal və obyektiv şəkildə münasibət bildirməsi, şəhid ailəsinin hüquqlarının bərpası üçün təcili addımlar atması gözlənilir.
Adları çəkilənlərin mövqeyini tanıyırıq.
Ətraflı video sujetdə:
Heqiqixeber.az






















































