Xəbər Lenti
Bugün, 14:16
QARABAĞ MÜHARİBƏSİ VETERANLARI VƏ QAZİLƏRİ HƏBS OLUNAN POLKOVNİKƏ GÖRƏ PREZİDENT İLHAM ƏLİYEVƏ MÜRACİƏT ETDİLƏR
Bugün, 09:00
Rusiya rəsmisi: "Ermənistanın Aİ ilə yaxınlaşması müttəfiqlik münasibətlərimizə mənfi təsir edəcək"
Bugün, 08:55
Şəkidə ana və oğlunu narkotiklə şərləməkdə təqsirləndirilən tanınmış iş adamı həbs olundu
Bugün, 08:51
Agentlik sədri: "2030-cu ilədək 14 regional DOST mərkəzinin istifadəyə verilməsi planlaşdırılır"
Bugün, 08:33
Nəsimi Nəbizadə ilə gündəmə gələn reabilitasiya mərkəzinin rəhbəri və iki əməkdaşı saxlanıldılar
Tokayev Türkiyəyə gedir

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev iyulun 29-u Türkiyəyə rəsmi səfər edəcək.
“Qafqazinfo” xəbər verir ki, bununla bağlı “Sputnik Qazaxıstan” məlumat yayıb.
Bildirilib ki, Tokayev Ankaraya səfəri çərçivəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşəcək.
Qeyd olunub ki, səfər zamanı dövlət başçıları arasında Qazaxıstan-Türkiyə strateji tərəfdaşlığının daha da möhkəmləndirilməsinə yönəlmiş danışıqlar aparılacaq, həmçinin iki ölkə arasında yüksəksəviyyəli Strateji Əməkdaşlıq Şurasının beşinci iclası keçiriləcək.























































