Xəbər Lenti
7-07-2026, 20:01
Taleh Məmmədov: Zamin Fərzinin yeni təyinatı səhiyyəyə göstərilən etimadın ifadəsidir
7-07-2026, 12:56
Elmə və təhsilə həsr olunan mənalı ömür – El ağsaqqalı Soltanağa Cəfərovun 76 illik yubileyi münasibətilə təbrik
6-07-2026, 18:54
Qəhrəmanın gündəliyi..Azərbaycanın qəhrəman oğlu, XTQin baş giziri Şərafəddin Sərdar oğlu Xankişiyev (Kod adı: Xanış) danışır...
6-07-2026, 09:53
“Azər Türk Bank” istehlak kreditləri kampaniyasının müddətini daha sərfəli şərtlərlə uzatdı
Prezident İlham Əliyev Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevə zəng edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 21-də Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevə zəng edib.
Bu barədə Prezidentin Mətbuat xidmətindən məlumat verilib.
Dövlətimizin başçısı Kasım-Jomart Tokayevi prezident seçkilərində inamlı qələbə münasibətilə təbrik edib, ona Qazaxıstanın inkişafı və firavanlığı naminə prezidentlik fəaliyyətində, o cümlədən aparılan islahatların həyata keçirilməsi işində yeni-yeni uğurlar və möhkəm cansağlığı arzulayıb.
Kasım-Jomart Tokayev göstərilən diqqətə və təbrikə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib.
Söhbət zamanı Qazaxıstan Prezidentinin ölkəmizə son rəsmi səfəri çərçivəsində, eləcə də oktyabr ayında Astanada dövlət başçıları arasında keçirilmiş görüşlər məmnunluqla xatırlanıb, həmin görüşlərdə əldə edilmiş razılıqların uğurla icra edildiyi qeyd olunub.
Kasım-Jomart Tokayev Azərbaycan Prezidentini ölkəsinə rəsmi səfərə dəvət edib.
Dəvət məmnunluqla qəbul olunub.
Telefon söhbəti zamanı dövlət başçıları ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin bundan sonra da uğurla inkişaf edəcəyinə əminliklərini ifadə edib, qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıblar.























































