Menu
Xəbər Lenti
Azərbaycanda Bilik Günüdür
15-09-2025, 06:27

Azərbaycanda Bilik Günüdür

01 Ağu 12:01Manşet / Kriminal

Ağstafada ölümlə nəticələnən qəzaya görə sürücü həbs edildi

agstafada-olumle-neticelenen-qezaya-gore-surucu-hebs-edildi

Avqustun 1-də gecə saatlarında Ağstafa rayonu ərazisində  piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

DİN-in Mətbuat Xidmətininin regional qrupundan “Qafqazinfo”ya bildirilib ki, qəzada xəsarət alan, 2004-cü il təvəllüdlü rayon sakini Elgün Valeh oğlu Fəziyev xəstəxanaya aparılarkən yolda vəfat edib.

Ağstafa RPŞ əməkdaşları tərəfindən hadisəni törədən, etibarnamə olmadan, başqasına məxsus “Mercedes” avtomobli idarə edən rayon sakini, əvvəllər polis nəfəri kimi Daxili İşlər Orqanlarından mənfi motivlərə görə xaric olunan 38 yaşlı Elvin Əliyev saxlanılaraq həbs edilib.

Fakta görə cinayət işi başlanılaraq istintaq tədbirləri davam etdirilir.