Menu
Xəbər Lenti
20° şaxta olacaq
Bugün, 10:39

20° şaxta olacaq

Neftimiz ucuzlaşdı
30-12-2025, 08:50

Neftimiz ucuzlaşdı

Bayram günlərinin havası
30-12-2025, 08:12

Bayram günlərinin havası

02 Ock 10:04Manşet / Gündəm / Cəmiyyət

Qaz sayğacları ilə bağlı problem davam edir - Yüklənən məbləğlər bərpa olunacaq?

 

Yanvarın 1-dən smart-kart tipli qaz sayğaclarında balansın artırılması ilə bağlı müəyyən çətinliklər yaşanır.

Oxu.Az-a şikayət ünvanlayan sakinlərin sözlərinə görə, hazırda bütün ödəniş terminallarında karta vəsait yüklədikdə məbləğ balansda əksini tapmır.

Həmçinin terminalda "smart-kartın bərpası" funksiyası aktivləşdirildikdə ödənişin balansa köçürüldüyü barədə bildiriş verilsə də, həmin məbləği sayğaca yükləmək mümkün olmur.

Qaz sayğacları ilə bağlı problem davam edir - Yüklənən məbləğlər bərpa olunacaq?

Mövzu ilə bağlı "Azəriqaz" İstehsalat Birliyinin mətbuat katibi Eldəniz Vəliyev Oxu.Az-a açıqlamasında bildirib ki, hazırda yüklənən məbləğlərin sistemə yüklənməsində problem yaşanır:

Onun sözlərinə görə, bu il yanvarın 1-dən smart-kart tipli bəzi qaz sayğaclarının ödəniş sistemində yaranmış problem elə həmin gün saat 20:00-da aradan qaldırılsa da, sistem kütləvi əməliyyatlar aparılması zamanı təkrar xətalarla üzləşib:

Qaz sayğacları ilə bağlı problem davam edir - Yüklənən məbləğlər bərpa olunacaq?

"Hazırda sistemdə müvəqqəti problem yaşanır. Köçürülən məbləğləri sayğaca yükləmək mümkün deyil. Problem qısa müddətdə həllini tapacaq və sistem düzəldikdə yüklənən məbləğlərin hər biri bərpa olunacaq. Yüklənən məbləğlərin itirilməsindən söhbət gedə bilməz".

Xatırladaq ki, ötən gün də sakinlər sözügedən problemlə qarşılaşdıqlarını bildirmişdilər.